Rasim Ramaldanov: "... "Makkabi"ni keçəcəyik" - MÜSAHİBƏ - TopicsExpress



          

Rasim Ramaldanov: "... "Makkabi"ni keçəcəyik" - MÜSAHİBƏ Almaniyada təlim-məşq toplanışını davam etdirən, “Xəzər Lənkəran”ın yeni transferi Rasim Ramaldanovun Sportarena.az saytına müsahibəsi. - Hazırlıqlar necə gedir? - Şükür Allaha, hər şey qaydasındadı. İlk məşqlərimizdə fiziki çalışmalara üstünlek verirdik. Artıq taktiki məşqlərə başlamışıq. Bildiyiniz kimi, yaxın günlərdə Avropa Liqasının oyununa çıxacağıq. Ona görə istəyirik ki, oyuna tam şəkildə hazır olaq. - Con Toşak məşq zamanı sizi çox yorur? - Almaniyaya məşq üçün gəlmişik, başqa şey üçün yox. Təlim-məşq toplanışı üçün gəlmişiksə, deməli, hər cür çətin məşqlərə dözməliyik. Məşqlər nə qədər ağır olur, olsun, fərqi yoxdu. Birdə ki, məşqçi Con Toşakdı. O, özü nəyi necə etmək lazımdısa, çox yaxşı bilir. Cürbəcür məşqlər keçirik. - Məşqlərdən sonra dincəlməyə vaxt tapıb, gəzmək imkanınız olur? - Gündə 2 dəfə məşq keçirik, ona görə də, gəzməyə elə siz deyən vaxt olmur. Lakin arada 1 gün istirahət oldu, ürəyiniz istəyən gəzdik, vaxtımızı keçirdik. Hər şey əla idi. Hazırda isə bütün fikrimizi Avropa Liqasının oyunlarına yönəltmişik. - “Xəzər Lənkəran”a keçdiyin üçün sevinirsən? - Əlbəttə, çox sevinirəm. Çempionatımızın ən iddialı klublarından birinə gəlmişəm, baxmayaraq ki, ötən mövsüm birinci “altılığ”a düşə bilmədilər. İnşallah, yeni mövsümdə hər şey istədiyimiz kimi keçəcək, üstəlik komandanın yaranmasının 10 illik tarixidi. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək, onlara çempionluq sevinci yaşadaq. O ki qaldı komandaya, burda çox gözəl şərait var. Məşqçilər korpusu, futbolçular haçı bir-biri ilə ailə kimidi. - Komandaya qoşulduqdan sonra hansı futbolçularla yaxın olmusan? - Təbii ki, mənim üçün hamısı yaxındı. Ancaq ən çox vaxt keçirdiyim yoldaşlarım, Rahid Əmirquliyev, Elnur Abdullayev və Uğur Pamukdu. Rahid Əmirquliyevidə çoxdan tanıyırdım. - Rasim, Avropa Liqasının I təsnifat mərhələsində rəqibiniz Maltanın “Slima” klubu oldu. Səncə də rəqib asan olmadımı? - Adətən, futbolda güclü-zəif prinsipi olmur. Hər şey meydançada məlum olur. Ona görə də rəqibimizə “zəif” demək istəmirəm. Sadəcə olaraq, onu deyə bilərəm ki, mərhələni adlamağa borcluyuq. Mən buna inanıram, İnşallah, keçəcəyik. - İlk oyunun səfərdə olması “Xəzər Lənkəran”a əlavə stimul verəcəkmi? - Əlbəttə. İlk oyunun səfərdə olacağını eşidəndə, çox sevindim. Beləsi daha rahat olacaq. İnşallah, “Slima”nı səfərdə udub, vətənə qalibiyyətlə dönəcəyik. Buna inanıram. - Məncə də, “Slima” səddini aşmaq elə də çətin olmayacaq, ancaq II mərhələdəki rəqibiniz elə də asan olmayacaq... - “Makkabi”? - Bəli. - Əlbəttə, hamıya məlumdu ki, İsrail futbolu çox güclüdü. Ancaq düşünmürəm ki, biz də çox zəifik. Gözəl kollektivimiz, güclü heyətimiz var. Güc birlikdədi, gücümüzü bir yerə toplayıb, meydançada canımızı qoysaq, niyə də “Makkabi”ni keçməyək? Əgər komanda şəklində oynasaq, “Makkabi”ni keçəcəyik. Hidayət QURBANOV
Posted on: Fri, 28 Jun 2013 11:46:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015