Rejissor dostlarımın nəzərinə. Fürsəti əldən - TopicsExpress



          

Rejissor dostlarımın nəzərinə. Fürsəti əldən vermiyin. PRES-RELİZ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həvəskar rejissorlar üçün fərdi şəxs Humay Fərəcova tərəfindən həyata keçiriləcək “Gənc Azərbaycan” qısametrajlı film festivalına 10 noyabr tarixində start verilmişdir. Layihənin əsas məqsədi öz ölkəmizi təqdim etməyi bacarmaq, onun hər hansısa gözəl guşələrindən birini, tarixi abidələrini göstərmək və ya yenidən müstəqillik əldə etdikdən sonra- Heydər Əliyev və onun siyası davamçısı olan İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın mədəniyyətinin, iqtisadiyyatının qısa zamanda necə inkişaf etdiyini göstərmək. Eləcə də, gələcəyin potensiallı rejissorlarını, ssenaristlərini yaratmaq və onlar üçün şərait yaratmaq, stimul qazandırmaq, prespektiv açmaq layihənin əsas məqsədlərdən biridir. Şərtə görə Festivalda iştirak etmək üçün öz işini təqdim edəcək hər bir gənc fərdi və ya komandası adından minumum 5 maksimum 10 dəqiqəlik zaman çərçivəsində film çəkməlidir. Filmlərin təqdimat tarixi 10 noyabr 2013-cü il tarixində başlayır, 15 dekabr 2013-cü il tarixində yekunlaşır. Festivalda təqdim ediləcək filmlər ekspertlər tərəfindən qiymətləndiriləcək və ən orijinal filmlər Festivalda göstəriləcək. İçtirakçılara hədiyyələr, diplom, sertifikatlar veriləcək. Festivalın keçirilmə tarixi yanvar ayının əvvəlləri üçün nəzərdə tutulur. Festivala qatılmaq istəyən hər bir həvəskar gənc öz suallarını gencazerbaycan@gmail ünvanına göndərə və ya (051) 430-67-73 nömrəli telefona zəng vura bilərlər. Gənclər həmçinin, fərdi və ya komanda adından fimlərini təqdim edə bilərlər. Çəkiləcək filmlər isə gecikdirilməmək şərti ilə dekabr ayının 15-inə kimi təfil verilməlidir.
Posted on: Wed, 27 Nov 2013 13:18:03 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015