Respublikaçı Alternativ Hərəkatının sədri, həbsdə olan - TopicsExpress



          

Respublikaçı Alternativ Hərəkatının sədri, həbsdə olan prezidentliyə namizəd Ilgar Mammadov Bayram təbriki: Əziz həmvətənlərim! Ramazan bayramınızı ürəkdən təbrik edirəm. Hər birinizə ailə səadəti və ləyaqətli ölkədə yaşamağı arzu edirəm. Bu günlərdə ən çox istədiyim odur ki, vətəndaşlarımız bayramlarda ürəkdən sevinə bilsinlər, istədikləri kimi bayramlaşa, istədikləri kimi ibadət edə bilsinlər. Bunun üçün dövlətlə vətəndaşın arasında ögeylik, vətəndaşın imkanıyla dövlət adamının rifahı arasında uçurum olmasın. Bizim sizinlə birgə quracağımız Cümhuriyyətdə insanlar azad və gürurlu olacaq! Hörmətlə, İlqar Məmmədov Kürdəxanı, 09.08.2013
Posted on: Fri, 09 Aug 2013 09:06:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015