Rusiya hökümətinin miqrantlara xüsusən, Azərbaycanlılara - TopicsExpress



          

Rusiya hökümətinin miqrantlara xüsusən, Azərbaycanlılara qarşı siyasətindən xoşum gəlməsə də vəziyyətin bu hala gəlməsində əsas günahkar özümüzük. Əvvəla,bizimkilər və digər qafqazlılar orada özünü ancaq bazar adamı kimi aparırlar.cəmiyyətin mədəni sosial siyasi həyatı ilə maraqlanmırlar və bu sahədə çox zəifdirlər. Təhsil səviyyəsi çox aşağıdır. II. Qafqazlılarda, o cümlədən bizdə müzakirə aparıb normal söhbət etmək mədəniyyəti yoxdur,davakar xislətimizi o saat göstərib ya təhqir edirik ya da bıçağa əl atırıq.Çünki tarix boyu dava müharibə əhli olmuşuq dinc otura bilmirik,öyrəşməmişik.Davaya ilk səbəb biz oluruq. III.Sayımız milyonlarla olsa da bir-birimizə dəstək olmağa,birləşməyə,həmrəy olmağa çalışmırıq.Bir-birimizin ayağının altını qazırıq.Kef əhliyik,ağlımız işlətmirik. IV.Lap bazar əhli olmasa da Rusiyada hansısa muzeyə baxmağa gedən,incəsənətlə maraqlanan,tamaşa izləməyə gedən soydaşlarımız çox çətin tapılar.Ancaq qarını düşünmək.Ruslar,ermənilər isə bu məsələlərdə çox aktivdir və bütün sahələrdə vardır və buna çalışırlar. V.Yerli əhali ilə salam-sağoldan başqa elə də ciddi əlaqələrimizin olmaması,mühitə uyğunlaşmamaq,yerli dəyərlərlə hərəkət etməmək və öz ədəbazlığımızı göstərmək.İllərlə orada yaşamalarına baxmayaraq rusları özlərinə yad görmələri.Romada ikən Romalılar kimi hərəkət et. VI.İllərlə həbsxanada çürüyəcəyini bilməyinə baxmayaraq,bizimkilərin hansısa məsələ üstündə kimisə öldürməyi,baş kəsməyi özlərinə bir fəxr,igidlik saymaları.Ruslar bunu heç vaxt qəbul etməzlərProblemlərini hüquqi yolla həll etməkdənsə,tez olsun deyə öz istədikləri kimi həll etməyə çalışmaları. VII.Nəhayət,qarşılıqlı əlaqələrin çox zəif olması,ağızlarının bir olmaması,həmrəyliyin olmaması.Lobbiçiliyin zəifliyi.Varlı soydaşlarımızın oradakı kasıb,bir tikə çörək üçün vətəndaşımızın bütün günü nökər kimi çalışmasına razı olmaları ya da göz yummaları.Rusiyadakı milyonçularımız bunları nəzərə alsa bizimkilərin bazar problemi və ruslar üçün nökər kimi çalışması olmaz.Sözümüzü keçirə bilməmək.
Posted on: Thu, 24 Oct 2013 10:55:47 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015