Rüstəm İbrahimbəyov fenomenini anlamaqda çətinlik çəkən - TopicsExpress



          

Rüstəm İbrahimbəyov fenomenini anlamaqda çətinlik çəkən dostlar var. Daha geniş, daha təfsilatlı izah tələb edirlər. Bilmək istəyirlər ki, müxalifətin başbilənlərinin, sadə müxalifətçilərin Rüstəmə olan sonsuz güvəninə, bu tragikomik intizara səbəb nədir? Rüstəm ömrü boyu özünü rusdilli, elitar, əlçatmaz kimi mövqeləndirib və etiraf etməliyik ki, uğur da qazanıb. Rüstəm yüksək dairələrdə fırlanan, nüfuzlu festivallarda yeyib-içən, dövlət rəhbərləri ilə "sən"lə danışan, gedonist bir adam idi. Azərbaycandillilərin hamısına, istisnasız olaraq çuşka kimi baxırdı. Ola bilsin düz də edirdi. Biz, yeni nəsil sənət adamları onu çox yaxşı tanıyırıq deyə lap əvvəldən bu namizədlik məsələsinə nəinki skeptik, hətta acı qəhqəhə ilə yanaşırdıq. Bizi anlamırdılar. Lağ edirdilər. Ta əvvəldən bilirdik bu işlərin sonu nə olacaq, amma bizimlə dirəşirdilər. Rüstəm təəssübünün səbəbi təkcə ümidlərin onunla bağlanması deyil, yox. Bu təəssübün səbəbi Rüstəmin çuşka olaraq gördüyü və çuşka olduqlarını sübut edən müxalifətçilərin ona olan heyranlığı idi. Rusdilli, elitar Rüstəm birdən-birə onların səviyyəsinə enmişdi! Əsla salam belə verməyəcəyi adamlarla bir masa arxasında oturmuşdu. Onlarla danışırdı. Bunlar da sevindilər, şoka düşdülər. Rüstəm onlarla eyni səviyyədə idi artıq! Bu böyük xöşbəxtlik idi. Nəhayət! Oskar mükafatçısı onlarla çiyin-çiyinə! Çuşkalar bayram edirdilər. Son günlər məyusluq bürüyüb onları, amma yenə də ətalətlə dirəşirlər. İnsafən deyim ki, çoxu susub. Burda atdanıb-düşənləri son həftələr artıq görmürəm. Sual yarana bilər ki, müxalifətin yeganə intellektualı İsa Qəmbər çuşka olmadığı halda Rüstəmlə əməkdaşlığa niyə getdi? Birincisi, İsa Qəmbər əvvəldən özünün namizədlik niyyətində israr edərək, şərtli dəstək vermişdi. İkincisi isə, özünün deyə bilmədiyi, dilə gətirmədiyi hisslərini Pənah Hüseyn ifadə edirdi. Çuşkaların bayramı isə çox qısa sürdü. Rüstəm onlara atdı. Artıq elitar, rusdilli oskarçı ilə yaxınlıq da keçmişdə qaldı. Reallığın ağır və acı yükü yenə çiyinlərinə çöküb. Əvvəldən Abbas Abbasovun namizədliyini dəstəkləyən Rüstəm nə Milyarderlər İttifaqından, nə Milli Şuradan yarıtmadı. Yadda qalan isə bizim bəzi aktivist gənclər oldu. Cücələr. Körpə, sarı, məsum cücələr. Mənimlə qoz-qoz oynayan cücələr. Eybi yox dostlar, polad döyüldükcə bərkiyir. Həyat hələ qabaqdadır. Heç olmasa bundan sonra böyüklərin sözünə qulaq asın. Rusdilli elitarlar sizə "qucaq" açanda düşünməmiş, yüz ölçüb bir biçməmiş bu qucağa atdanmayın.
Posted on: Fri, 16 Aug 2013 14:04:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015