RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ.. "Ey iman gətirənlər, - TopicsExpress



          

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ.. "Ey iman gətirənlər, müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. Sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu , Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqdan heç nəyi azaltmamalıdır. . Əgər boynunda haqq olan şəxs səfeh və ya zəif olsa,ya imla etməyə qadir olmasa, onun qəyyumu ədalətlə imla etsin. Və kişilərindən 2 nəfər şahid tutsun. Əgər 2 kışı olmasa şahidlər içərisindən (dinlərindən) razı olduğunuz 1 kişi və 2 qadın şahid tutun ki, əgər o qadından biri unutsa, o biri onun yadına salsın. Şahidlər dəvət olunduqda boyun qaçırmasınlar. Az və ya çox olmasından aslı olmayaraq müəyyən bir müddətə qədər möhləti olan borcu yazmaqdan usanmasın. Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha möhkəm və şəkkə düşməməyinizə daha yaxşıdır. . Aranızda nəqd yolla dövr etdirdiyiniz alış-veriş istisnadir ki, onu yazmamağınız sizə günah deyildir. Və həmişə alış-veriş edən zaman şahid tutun. Katib və şahid zərər vurmamalıdirlar və katibə və şahidə zərər dəyməməlidir. Əgər belə etsəniz bu sizin üçün itaətsizlik və günahdır. Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir." (Bəqərə surəsi, 282)
Posted on: Fri, 30 Aug 2013 14:39:53 +0000

Recently Viewed Topics




© 2015