SON DƏQİQƏ: Bakıda mənzildən kişi meyiti - TopicsExpress



          

SON DƏQİQƏ: Bakıda mənzildən kişi meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər kişi köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş şəxs döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı zərərçəkmiş, 1971-ci il təvəllüdlü Eynullayev Məcid Kamil oğlunun vəfat etdiyi müəyyən olunub. Xilasedicilər cəsədi hadisə yerində olan hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilməsini təmin ediblər. Əməliyyat saat 15:10-da başa çatıb.
Posted on: Wed, 04 Sep 2013 17:24:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015