Sabah AVRO-2016-nın seçmə mərhələsinin püşkatma mərasimi - TopicsExpress



          

Sabah AVRO-2016-nın seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Fransanın Nitsa şəhərindəki Akropolis konfrans sarayında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Azərbaycan milli komandasının da rəqiblərini tanıyacağı püşkatmada ölkəmiz iki nəfərlə təmsil olunacaq. Bunlar AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsdur. V səbətdə yer alacaq yığmamız final mərhələsinin iştirakçılarının 16-dan 24-ə yüksələcəyi bu məsul turnirə çıxmaq vəzifəsini indidən qarşısına qoyub. Tarixi şansı qaçırmamaq üçün püşkün də üzümüzə gülməsi arzuediləndir. 2016-cı il iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaq 53 komanda 6 səbətə bölünüb. Səbətlərin tərkibi yığmaların UEFA reytinqinə əsasən müəyyənləşdirilib. Ölkələr arasında müharibə vəziyyəti ilə əlaqədar diplomatik gərginlik səbəbi ilə seçmə mərhələdə İspaniya ilə Cəbəllütariq, Rusiya ilə Gürcüstan, Azərbaycanla isə Ermənistan eyni qrupda yer ala bilməzlər. Səbətlərin tərkibi aşağıdakı kimidir: 1. İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina 2. İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya 3. Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Çernoqoriya 4. Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus 5. İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr 6. Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları Qeyd edək ki, seçmə mərhələdə 53 komanda mübarizə aparacaq. Millilər hərəsində 5 və 6 komanda olmaqla, 9 qrupa bölünəcək. Hər qrupda ilk 2 yeri tutanlar final mərhələsinə yollanacaq. 3-cü yer sahibləri arasında ən yaxşı nəticəyə malik yığma da AVRO-2016-ya qatılacaq. Eyni yeri tutan digər 8 komanda isə pley-offda 4 xoşbəxti müəyyənləşdirəcək. Ümumilikdə, bu 23 milli meydan sahibi Fransa ilə yanaşı final mərhələsində çıxış edəcək.
Posted on: Sat, 22 Feb 2014 08:57:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015