Sabah “Neftçi” Çempionlar Liqasının (ÇL) II təsnifat - TopicsExpress



          

Sabah “Neftçi” Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubu ilə cavab oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Bakıda qolsuz heç-heçə edən çempionumuz mərhələ keçmək vəzifəsini səfər oyununa saxlayıb. Hərçənd, “Neftçi” ötən il Gürcüstan “Zestafoni”sini evdə 3:0 hesabı ilə qalib gəlməklə, cavab oyununu formallığa çevirmişdi. İndi vəziyyət elədir ki, rəqib istənilən hesablı qələbə ilə III mərhələyə yüksələcək. Ancaq digər tərəfdən, “Neftçi”yə bunu gerçəkləşdirmək üçün istənilən qollu heç-heçə sərfəlidir. Çünki hər 2 oyunun ümumi nəticəsi bərabər olarsa, rəqib meydanında daha çox qol vuran komanda üstünlük qazanır. Ancaq sözsüz ki, “Neftçi” Korçada meydana heç-heçə yox, qələbə qazanmaq fikri ilə çıxacaq. Qarşıya bu məqsədin qoyulmağı nəticə qazanmağa daha çox inam yaradır. Üstəlik, artıq potensial rəqibin bilinməyi əlavə stimul yaradır. Belə ki, bakılılar mərhələ keçərsə, Qazaxıstanın “Şaxtyor” klubu ilə düşməyi irəliləmək şansını artırır. Düzdür, Karaqanda təmsilçisi Belarus BATE-sini hələ keçməsə də, ilk oyunda səfərdə 1:0 hesabı ilə qalib gəlməklə, üstünlük qazanıb. Təbii ki, komandamız bunadək özü mərhələ keçmək vəzifəsini həll etməlidir. “Neftçi” Bakıda qalib gəlməsə də, rəqibdən aşkar üstünlüyü göz qabağında idi. Sadəcə, çoxlu qol imkanlarının boşa verilməyi qələbəyə imkan vermədi. Albaniyalılar müdafiə taktikası seçərək, təhlükəli əks-hücumları ilə yadda qalırdı. Ancaq bu dəfə rəqib qələbə qazanmalı olduğundan, ilk dəqiqələrdən hücuma atılmağa məcburdur. Bu zaman “Neftçi” əks- hücumlardan istifadə edərək, rəqib qapısına yol tapa bilər. Bakılılar ötən mövsüm qrup mərhələsinə düşmək vəzifəsini məhz səfərdə qazanmağı da nikbinliyə əsas verir. Bu, Avropa Liqasının son təsnifat mərhələsində - APOEL-lə oyunda baş verdi. Belə ki, 1:1 hesablı bərabərliyə qalan “Neftçi” Kiprdə tarixi qələbə qazandı – 3:1. Komandamız yenə səfərdən üzüağ dönsə, ən azı 4 oyunu özü üçün təmin edəcək. Çünki qaydaya görə, III təsnifat mərhələsində uduzan komanda qitə miqyasında çıxışını dayandırmayaraq, Avropa Liqasının son təsnifat mərhələsinə vəsiqə qazanır. Qeyd edək ki, Albaniyadakı polşalı Pavel Gilin başçılıq etdiyi polşalı hakimlər briqadasının idarə edəcəyi oyun Bakı vaxtilə saat 23:00-da başlayacaq.
Posted on: Mon, 22 Jul 2013 09:58:49 +0000

Trending Topics



/b>
Dad might actually be released from the hospital tomorrow to go to
via The Federalist Papers - - Read "The Miracle of the United
gin-left:0px; min-height:30px;"> Mr Hichem Aboud, Directeur des quotidiens "Mon Journal" et
HAUNEBU of the Black Sun...UFO, Germany, and the black sun.

Recently Viewed Topics




© 2015