Sabah hava necə olacaq? İyul ayı üçün nisbətən sərin - TopicsExpress



          

Sabah hava necə olacaq? İyul ayı üçün nisbətən sərin hava şəraiti gözlənilir Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin, o cümlədən atmosfer təzyiqinin norma daxilində tərəddüdü xəzri küləyi fonunda iyul ayı üçün nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 28-33 dərəcə isti gözlənilir. Azərbaycanın rayonlarında iyulun 5-də əsasən gündüz saatlarında əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam saatlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli olma ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
Posted on: Thu, 04 Jul 2013 11:49:18 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015