Sabahınız xeyir əziz sözsevərlər, indicə yazdığım şeri - TopicsExpress



          

Sabahınız xeyir əziz sözsevərlər, indicə yazdığım şeri nəzərinizə çatdırmaq istəyirəm. Zəif insanları bu həyat yıxır, Biganə olanlar kənardan baxır. Çörəyin içindən nə desən çıxır, Bişirən utanmır, yeyən utanır. Sürükləyir zəmanənin axarı, Göz çıxarır maşınların buxarı. Yubka çıxıb indi dizdən yuxarı, Geyinən utanmır,görən utanır. Bilmirsən ki, kimdən umasan mədət, Başların üstünü alıbdır qəflət. Elə dərəcəyə çatıb ki rüşvət, İstəyən utanmır, verən utanır. arzu
Posted on: Sun, 27 Oct 2013 04:20:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015