Sarkisyan azərbaycanlı hakerlərə görə hərəkətə keçdi - TopicsExpress



          

Sarkisyan azərbaycanlı hakerlərə görə hərəkətə keçdi “Twitter”də ən çox izlənilən dünya liderləri siyahısında Türkiyənin dövlət başçısı Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan ilk beşliyə daxil olublar. Qeyd edək ki, Cenevrənin "Twiplomacy və Burson-Marsteller" şirkətləri siyahını hazırlayıb. "Twiplomacy 2013" adı verilən hesabatda “Twitter”in son 5 ildə dünya liderləriylə ünsiyyət qurmada yeni bir yol olduğu bildirilib. Qeyd olunub ki, dünya liderlərinin 77,7 faizi “Twitter” istifadəçisidir. Hesabata görə, ölkələrin 153-nün dövlət başçısı, baş naziri, xarici işlər naziri və digər idarəçiləri “Twitter” istifadəçisidir. 45 Avropa ölkəsi və Cənub Amerikada Surinam xaric bütün ölkələrin rəsmi “Twitter” hesabı var. OBAMA ZİRVƏDƏ ABŞ dövlət başçısı Barak Obamanın 33 milyon 510 min 157 təqibçiylə ən çox izlənilən lider olub. Siyahıda ikinci yerdə 7 milyon 200 min 332 təqibçiylə Papa Franciscus gəlir. Türkiyə prezidenti Abdullah Gül ilə baş nazir Rəcəb Tayyib Ərdoğan 3,4 milyon təqibçi ilə 4 və 5. sırada yer alıb. Siyahıda, İordaniya kraliçası Rania, İndoneziya dövlət başçısı Susilo Bambang Yudhoyono, Rusiyanın baş naziri Dmitry Medvedev, İngiltərə və Argentinanın dövlət başçıları var. Hansı ki onlar ilk onluğa daxildirlər. Ölkə liderlərinin iyirmi ikisinin bir milyondan çox təqibçisi var. Dünyadakı bütün liderlərin 505 hesabını 1 iyulda cəmi 105 milyon 733 min 356 adam izləyib. UGANDA-NIN BAŞ NAZİRİ ƏN ÇOX SÖHBƏT EDİLƏN LİDERDİR Obama 5 Mart 2007-ci ildə “Twitter”ə qatılan ilk lider olub. Eyni il Meksikanın dövlət başçısı Enrique Pena Nieto, Belçikanın baş naziri Elio DiRupo, Kanadanın baş naziri Stephen Harper də “Twitter” hesabı açıb. Dünya liderlərinin əksəriyyətinin isə 2011-ci ildə ictimai mediayaya marağı yaranıb. Obamanın seçkiləri qazanmasının sabahısı günü “Twitter” hesabında iştirak edən "4 il daha" adlı fotoşəkil 806 min 66 paylaşmala indiyə qədər ən çox "retweet" edilən fotoşəkil olub. Ugandanın baş naziri Amama Mbabazi “Twitter”də ən çox söhbət edən liderdir. Fələstin lideri Mahmud Abbas isə 2013-cü ildə “Twitter”də hesab açaraq ictimai mediaya addım atıb. Liderlərin 405-sinin hesabları aktivkən, 79-u sabit, 17-si heç tweet atmayıb. Əfqanıstan lideri Hamid Karzai, Ermənistan prezidenti Serj Sarkisyan, Finlandiyanın baş naziri Jyrki Katainen və Zambiyanı lideri Michael Satanın hesabları isə qorumalıdır. Məlumata görə, Ermənistan prezidenti bu addımı azərbaycanlı hakerlərin onun profilini dağıtmaq cəhdindən sonra atıb.
Posted on: Fri, 26 Jul 2013 17:42:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015