Saçı qırmızı olduğu üçün məktəbdən qovuldu Florida - TopicsExpress



          

Saçı qırmızı olduğu üçün məktəbdən qovuldu Florida ştatında yaşayan 16 yaşlı məktəbli Mebri Andersonun mübarizəsi nəticə verib. Gənc qız məktəbə boyanmış tünd qırmızı rəngli saçda gəlmək üçün israr edib və buna nail olub. Məktəb rəhbərliyi daha öncə məktəblinin xarici görünüşü barədə qaydanı pozduğu üçün Mebrini məktəbdən uzaqlaşdırma qərarı vermişdi. Sözügedən məktəbin daxili intizam qaydalarında da göstərilib ki, məktəblilər dərsə boyanmış saçlar və qeyri-adi saç düzümü ilə gələ bilməzlər. Mebri həmin günlərdə dərsə gəlməyib və Facebook profilində bu hadisə ilə bağlı status paylaşaraq, mindən artıq layk qazanıb. Məktəb yoldaşlarının da onu dəstəkləməsi direktoru geriyə doğru addım atmağa vadar edib və sonuncu qərar verib ki, onun saç rəngi hər hansı neqativ hislər oyatmır.
Posted on: Tue, 03 Sep 2013 09:21:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015