Sağlam yaşamaq istəyirsinizmi? • Meyvə-tərəvəzi - TopicsExpress



          

Sağlam yaşamaq istəyirsinizmi? • Meyvə-tərəvəzi süfrənizdən əskik etməyin: Xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur. • Dişlərinizi qoruyun: Böyürtkən bakteriyaların dişə yapışmasının qarşısını alır və dişəti xəstəliyi ehtimalını azaldır. Alma, portağal, yerkökü, ispanaq kimi lifli qidalar da dişləri qoruyur. • Su içməyi unutmayın: Gündə beş stəkan su içən adamlarda bağırsaq xərçəngi ehtimalı 50% az olur. • İdmanla məşğul olun: Gündə bir kilometr piyada gəzmək və ya həftədə yüngül idmanla məşğul olmaq ürək-damar xəstəliklərinin qarşısını alır. • Kəpəkli məhsullar xərçəngdən qoruyur: Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır. • Duzu azaldın: Həddindən artıq duz iflicə və ürək-damar xəstəliklərinə səbəb olur. Buna görə də gündə 5 qram duz yemək kifayətdir. • Hər gün vitamin qəbul edin: Tərkibində foli turşusu olan vitamin həbləri xərçəng və ürək-damar xəstəliklərindən qoruyur. • Fast-food yeməklərini birdəfəlik unudun: Ürək-damar xəstəliklərinin üçdə birinə səbəb hamburger, kartof qızartması və s. kimi qidalardır. • Bel ağrəsəna qarşı hərəkət edin: Araşdırmalar göstərir ki, bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər. • Süfrəmizin bəzəyi balıq: Balıq yemək infarkt ehtimalını azaldır. Bundan başqa, balıqda olan yağlar immun sistemini də möhkəmləndirir. • Qəhvənin faydaları: Araşdırmalar gündə iki fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25 %, öd kisəsindəki daş ehtimalını isə 45% azaltdığını göstərir. Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur • Çay nədir, say nədir: Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər. • Hər pəhrizə aldanmayın: Həftədə üç kiloqram arıqlamğı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istəyirsinizsə, bunu həftə-həftə yox, uzun müddət üçün həyata keçirməyə çalışın. • Artıq çəkilərə diqqət: Yeni bir araşdırmaya görə, çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 dəfə qısaldır. Artıq çəkilərdən xilas olmaq ürək, xərçəng, oynaq iltihabı və s. xəstəliklərdən də xilas olmaq deməkdir. • Yuxusuz qalmayın: Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir. Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur. • Siqaretə yox: Siqareti atmaq artıq çox asandır. İndi bunun üçün saysız-hesabsız vasitələr var. Məsələn, nikotin lentləri, saqqızlar, iynə ilə müalicə və s. • Stresə qarşı mübarizə aparın: Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir. • Seleniuma ehtiyacımız var: Selenium daha çox fındıq, balıq və taxıl məhsullarında olur. Hər gün selenium qəbul edənlərdə xərçəng ehtimalı 37% azaldır. • Xolesterol səviyyəsini aşağı salın: İdmanla məşğul olmaq, yağı, duzu azaltmaq xolesterolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur. • Dərinizi nəmləndirin: Dəriniz üçün yayda günəşdən, qışda isə soyuqdan qoruyan kremlərdən istifadə edin.
Posted on: Sat, 28 Sep 2013 10:50:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015