Sağlam yaşamaq istəyirsinizmi? İdmanla məşqul olun Gündə - TopicsExpress



          

Sağlam yaşamaq istəyirsinizmi? İdmanla məşqul olun Gündə 1kilometr piyada gəzmək və ya həftədə 3dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır. Kəpəkli məhsullar xərçəngdən qoruyur. Həftədə 4dəfə kəpəkli çörək,makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır. Meyvə tərəvəzi süfrənizdən əskik etməyin. Meyvə-tərəvəz xüsusilə də pomidor,qırmızı üzüm yeyənlərdə infarkt,xərçəng və şəkər ehtimalı daha az olur. Fast-food yeməklərini birdəfəlik unudun Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger,kartof qızartması və s kimi qidalardır. Bel ağrısına qarşı hərəkət edin. Araşdırmalar göstərir ki bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər. Süfrənizin bəzəyi balıq Balıq yemək infarkt ehtimalını azaldır.Bundan başqa,balıqda olan yağlar immun sistemini də möhkəmləndirir. Duzu azaldın Həddindən artıq duz iflicə və ürək damar xəstəliklərinə səbəb olur.Ona görə də gündə 5qr duz yemək kifayətdir. Qəhvənin faydaları Araşdırmalar gündə 2fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25%, öd kisəsindəki daş ehtimalını 45% azaltdığını göstərir.Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur Çay nədir,say nədir? Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər. Hər pəhrizə aldanmayın. Həftədə 2-3kiloqram arıqlamağı vəd edən pəhrizlərdən uzaq olun.Arıqlamaq istıyirsinizsə bunu həftə-həftə yox,uzun müddət üçün həyata keçirməyə çalışın. Artıq çəkilərə diqqət Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20həftə qısaldır.Artıq çəkilərdən xilas olmaq ürək,xərçəng,oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir. Seleniuma ehtiyacımız var Selenium daha çox fındıq-fıstıq,balıq və taxıl məhsullarında olur.Hər gün selenium qəbul edənlərdə xərçəng ehtimalı 37% azalır. Xolesterol səviyyəsini aşağı salın İdmanla məşğul olmaq yağı,duzu azaltmaq xolestrolu aşağı salır.Bu da infarkt və iflicdən qoruyur. Möcüzə dərman-ASPİRİN Ağrı kəsici kimi qəbul etdiyimiz aspirin ürək-damar xəstəlikləri,həmçinin iflic və xərçəngə qarşı da faydalıdır. Stresə qarşı mübarizə aparın. Sosial fəaliyyətlər,hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir. Siqaretə yox. Siqareti atmaq artıq çox asandır.İndi bunun üçün saysız hesabsız vasitələr var.Məsələn nikotin lentləri,saqqızlar,iynə ilə müalicə və s. Yuxusuz qalmayın Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur. Hər gün vitamin qəbul edin Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur. Dərinizi nəmləndiri Dəriniz üçün yayda günəşdən,qışda isə soyuqdan qoruyan kremlərdən istifadə edin. *Dişlərinizi qoruyun Böyürtkən bakteriyaların dişə yapışmasının qarşısını alır və dişəti xəstəliyi ehtimalını azaldır.Alma,portağal,yerkökü,ispanaq kimi lifli qidalar da dişləri qoruyur. Su içməyi unutmayın Gündə 5stəkan su içən adamlarda bağırsaq xərçəngi ehtimalı 50% azalır. Shari...
Posted on: Sat, 13 Jul 2013 16:01:08 +0000

Trending Topics



rty Pack SEE BEST DEALS NOW →
1878414.talkfusion/home.asp Rights income to the business
The Diplomat: Is 2014 the Start of an Asian Spring? – The

Recently Viewed Topics




© 2015