Sağlamlığımız öz əlimizdədir. Sağlamlıq üçün risk - TopicsExpress



          

Sağlamlığımız öz əlimizdədir. Sağlamlıq üçün risk amilləri bunlardır: bədən çəkisinin artıq olması, hipodinamiya (hərəkət azlığı), qeyri-rasional qidalanma, psixoloji gərginlik, siqaret çəkmə, spirtli içkilərdən sui-istifadə və s. Sağlamlıq planlarımızı yerinə yetirməyə, əsas həyat məsələlərini müvəffəqiyyətlə həll etməyə, çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Sağlamlığımızı qorusaq və möhkəmləndirsək bu bizə uzun ömür sürmək və fəal həyat tərzi keçirməyə kömək edər. Elmi mənbələr göstərir ki, gigiyenik qaydalara riayət edən insanların əksəriyyəti 100 ilə qədər yaşaya bilər. Lakin, təəssüf ki, çoxları elmi cəhətdən əsaslanan sağlam həyat tərzinin ən sadə normalarına riayət etmir. Bəziləri vaxtından əvvəl qocalmağa gətirən hərəkət azlığının qurbanı olurlar; başqaları qidalanarkən israfçılığa yol verirlər, bu isə piylənməyə və damarların sklerozuna gətirib çıxarır. Bəzi insanlarda şəkərli diabet yaranır, başqaları istirahət etməyi bacarmırlar, daim narahat, əsəbi olurlar, yuxusuzluqdan əziyyət çəkirlər, nəticədə daxili orqanlarda müxtəlif xəstəliklər yaranır. Digərləri isə, alkoqollu içkiləri qəbul etməklə və siqaret çəkməklə öz ömürlərini fəal şəkildə qısaldırlar.
Posted on: Mon, 30 Sep 2013 16:58:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015