Sağlıqlar deyildi çığır-bağırla, Üşüyən qəlbinə - TopicsExpress



          

Sağlıqlar deyildi çığır-bağırla, Üşüyən qəlbinə girən oldumu? Gözündən qəlbinə düşən cığırla Axan göz yaşını görən oldumu?…! Sağlıqlar uzandi… səhərə kimi Çalıb-oynadılar, kef eylədilər. Çırpıb pillələrə son ümidini “Vağzalı” üstündə dəfn eylədilər. …! Son ümid! O menim gərəyim idi… Yoluna şam tutdu neçə qız-gəlin. Şam deyil, o mənim ürəyim idi; Son dəfə yanırdı yolunda sənin. …! Getdin…o köhnə yol nur yolu idi, İzin düşən yerdə gül açmadı ki?! Özgəylə keçirdin o yolu indi, Ayağın altından yer qaçmadı ki?! …! Bu yollar nə yaman vəfasız imiş, Niyə çiliklənib tökülmədilər. Düşüb qədəminə hər yoxuş, eniş Niyə ürəyimə çəkilmədilər…?!…! Başına gül-çiçək səpdilər o gün, Alışan qəlbinə su səpmədilər. “Get” deyib alnından öpdüler o gün Sınıq taleyini düzəltmədilər…?!…! Güldün… Gülüşünün ömrü çox qısa. Bir həsrət axırdı qanından sənin. Orda bütün yerlər tutulmuşdusa Yerim görünürdü yanında sənin.…! DÜNƏN TOYUN İDİ... Xoşbəxt olasan! Görünür bu bizə qismət deyilmiş Unut! Elə bil ki, Sevdiyin oğlan Getdiyin oglanmış, Nüsrət deyilmiş…! LeMaN ^)
Posted on: Wed, 11 Sep 2013 14:10:16 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015