Sehihi Buxari 2-1-ci cild, seh, 104-de peygemberin bir saatin - TopicsExpress



          

Sehihi Buxari 2-1-ci cild, seh, 104-de peygemberin bir saatin icinde 11 qadinla yaxinliq etmesi yazilir. Sehihi Buxari 6-ci cild, seh, 154-de peygemberin reqs etdiyi yazililir. Sehihi Buxari 6-ci cild, seh, 154-de yazir ki, peygember icki icirdi. Sehihi Muslim 7-ci cild, seh, 117-de peygemberin yataqda xanimi ile uzandigi halda sehabeleri qebul etmesi yazilib. Bakı şəhəri Əbubəkr məcidinin İmamı Qamətə bu haqda verilən sual və cavabı: Sual: Ya Şeyx! Bir qardaş 28 iyun 2010 tarixində sizə göndərdiyi sualda sizdən məhrəm olmaq üçün kömək istəyib,siz onu həqiqi hökümdən niyə kənarlaşdırmısız? Axı Səhihi Muslimdə “böyük kişilərə süd vermə” babında anamız Aişədən buna icazə olduğu haqda çoxlu hədislər var.Məsələn həmin hədislərdən biri budur: 3677-Huməyd ibni Nafi ,Zeynəb binti Əbi Sələmədən nəql edib:Gördüm ki,Peyğəmbərin zövcəsi Ummu Sələmə Aişəyə deyirdi: ”And olsun Allaha!Süd əmməkdən ayrılmış kişinin yanımda olub və məni görməsindən xoşlanmıram.” Aişə dedi:”Niyə görə? Səhlə binti Suhəyl Rəsulullahın yanına gəlib dedi: “Əbu Huzəyfə , Salimin mənim yanıma gəlməsindən narahat olur.” Rəsulullah dedi:”Salimi əmizdir! “ Səhlə binti Suhəyl dedi:”Axı Salimi saqqalı kişidir?!” Rəsulullah dedi: “Onu əmizdir! Əbu Huzəyfənin üzündəki narahtlıq yox olacaq.” Səhlə binti Suhəyl dedi: “And olsun Allaha mən Salimi əmizdirəndən sonra bir daha Əbu Huzeyfəni narahat görmədim. Cavab: Biz buna artıq keçmiş forumlarda cavab vermişik.O cavablardan da birini burda yerləşdirirk......(təfsilatını bu ünvandan oxuya bilərsiniz: abubakr-mescidi/forums/az/index.php?s=d0c3b268b231300b1d61a34e69272482&showtopic=911&st=420 ………Bu hədisi müxaliflər elə başa düşürlər ki ,məqsəd birbaşa qadının döşündən süd əmməkdir.Bu isə çox qəribədir. Çünki məsələn ,əgər onlar eşitsələr ki ,kimsə səhər inək südü içib ,onlar elə başa düşəcəklər ki,kimsə gedib fermaya əyilib inəyin altına əmziyindən birbaşa süd içib?! Təbii ki bu gülüncdür .( Düzəliş: 1)Qamətin verdiyi cavaba əsasən süd içmək ilə məhrəmlik yaranır amma döşdən deyil qabdan içmək lazımdır.2)Qeyd etdiyimiz hədislərdə işlənən (رضاع الكبير) kəlməsi məhz “böyük kişinin süd əmməsi “ deməkdir .Bu hədislərdə hansısa bir vasitədən istifadə etdikləri qeyd olunmayıb.3)”Təbii ki bu gülüncdür” cümləsini biz də təsdiq edirik amma bu cümləni vəhabi (yeni maskaları ilə sələfi) “şeyxi” Qamətin deməsi daha gülüncdür.Çünki bu mövzunu onun təqlid etdiyi Albani və İbni Qəyyimil Cəvziyyə kimi alimləri belə təsdiq edir) Xüsusən də biz bilirik ki,Peyğəmbər (s.a.v.)qadının həmin yerinə baxmağı qadağan edib və hətta qadınla əllə görüşməyi qadağan edib.Necə ola bilər ki başqa bir hədisdə desin ki ,get qadının döşündən süd əm? (Düzəliş:Bu sualı o öz alimlərinə verməlidir ki bu qədər gülünc mövzunu kitablarında niyə qeyd edib, hətta səhih qəbul ediblər?!) Təbii ki bu fikir batildir.( Düzəliş:Ancaq bu fikir deyil vəhabi alimlərinin əksər fikirləri batildir)Sadəcə məqsəd odur ki Səhlə (r.a.) döşündən südü qaba çıxarsın və Salim (r.a.) də ordan içsin.Bir sözlə birbaşa döşdən süd əmməkdən getmir. (Düzəliş: Bu əsla belə deyil yuxarıda cavabı verildi,İbni Həzm Əndəlusi və digər “əhli sünnə” fəqihlərinin də bu barədə verilmiş mütləq hökmləri aşağıda gələcək)Ümumiyyətlə bu hökm haqqında alimlərin üç rəyi var: 1)Bu məsələ Səlimə (r.a.) xasdır və başqasına aid ola bilməz.( Düzəliş:Yuxarıda qeyd etdiyimiz rəvayətlərə əsasən bu sadəcə Salimə aid olunmayıb,bəlkə bir çoxları bu qaydadan istifadə edib.Əgər yalnız ona aid olsa belə bu qəbul olancaq bir şeydirmi?) 2)Bunun hökmü nəsx olunub (yəni şəriət tərəfindən qüvvədən düşüb)( Düzəliş: Sərahətən nəql edilən bir hökm heç bir fitvadan aslı qalmadan hökmü daima sabitdir.Yuxarıda deyildi..) 3)Hökmü qalıb(Düzəliş:Bu əsil vəhabi düşüncəsidir) Alimlərin böyük əksəriyyəti ikinci rəyə üstünlük verir.Buna Quranda dəlillər var ……və sair TELMAN
Posted on: Sun, 18 Aug 2013 17:08:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015