Sevgi elə bir duyğudur ki, verdikcə artar, paylaŞıldıqca - TopicsExpress



          

Sevgi elə bir duyğudur ki, verdikcə artar, paylaŞıldıqca böyüyər. Amma axmaqlıqda eynilə elədir; verdikcə artar, paylaŞıldıqca böyüyər. Üstəlik sevgi ilə axmaqlıq arasındakı əlaqə yalnız ikisinin də paylaŞıldıqca artmasında, verdikcə böyüməsində deyil. İkisinin arasında çox daha dərin, çox daha mənalı bir əlaqə daha var ; Sevgi ağılla birləŞmədiyi zaman, dərhal axmaqlığa çevrilə bilər. Mənim xoŞbəxtlik reseptim "insanları sevəcəksən" qanunudur.İnsanları sevəcəksiniz amma qarŞılıqsız sevəcəksiniz.Çünki insanoğlu vəfasızdır.Çünki siz insanları sevərkən, onlar sizə hər cür pisliyi edə bilər. həm də dərhal bu gün, bu gün olmazsa sabah, sabah olmazsa öbürgün, amma bir gün mütləq, həm də çox yaxında.Bu səbəblə insanları qarŞılıqsız sevəcəksiniz.Ancaq belə həm güclü, həm sevgi dolu və bu səbəblə də xoŞbəxt ola bilərsiniz.İnsanları qarŞılıqsız sevmək, ancaq güclü kəslərin bacarığıdır. İnsanların həm yaxŞı həm pis xüsusiyyətlərini diqqətə almadan onları Şərtsiz sevsəniz, yaralanmanız qaçınılmaz olar.Sevginizə qarŞılıq gözləsəniz gücünüzü itirərsiniz! BaŞqalarına, həm də sevdiklərinizə, yəni sizi qıra biləcək, sizi incidə biləcək kəslərə asılı olarsınız. YaxŞı qarŞılıq gözləyərək sevmək axmaqlıq da, qarŞılıq gözləmədən sevmək daha böyük bir axmaqlıq deyilmi? Həm duyğuların ən gözəli olan sevgini verəcəksən, həm də qarŞılıq gözləməyəcəksən, bu axmaqlıq deyildə nədir? deyə düŞünür ola bilərsiniz. Sevgiyə qarŞılıq gözləməmək axmaqlıq deyil! Niyə sevgidən yanayıq?XoŞbəxtlik üçün, yəni özümüz üçün.QarŞılıq gözlədiyiniz anda, bu gözəlliyi, bu ucalığı, bu dadı, baŞqalarının icazəsinə və mərhəmətsizliyinə, yəni baŞqalarının yoxlamasına tərk etmiŞ olmurukmu? Sevgi ilə axmaqlığı bir-birindən ayıran ən incə xətt; ağıldır.Sevgi ancaq ağıl ilə görüŞdüyü zaman bir məna qazanır.Və ağıllı sevgi qarŞılıqsızdır.Çünki iki ya da daha çox insanın hər an eyni duyğu düŞüncə və gözləmələrə sahib olması, eyni Şəkildə davranması qeyri-mümkündür.BaŞqalarını və insanlığı, onlar üçün deyil, özünüz üçün sevin.Beləcə bitməz tükənməz bir enerji qaynağı əmrinizdə olacaq.Hər iŞdə, hər əlaqədə bir addım qabaqda olacaqsınız.Çünki ən baŞda özünüzlə, sonra da hər kəslə barıŞıq və baŞqa sözlə xoŞbəxt olacaqsınız.QarŞılıq gözləmədiyiniz yəni ağıllı olduğunuz üçün də, sizə atılan payalar, edilən haqsızlıqlar, kobudluqlar təpənizdən sıyrılıb gedəcək. Pis insanlar, kin və nifrətləri, kiçik hesabları içində çirkinləŞib, bədbəxt bir həyatın içinə doğru diyirləndikcə, siz sevginizin çıxardığı gözəllik dənizində həm yüksələcək həm də ucalacaqsınız. Yetər ki sevginizə layiq olmayanları, centlmen və mədəni insan qılığındakı kəsləri, mücərrəd bir insanlıq anlayıŞı içində əridib ŞəffaflaŞdırmağı bilin.Bu isə könülün deyil, ağılın iŞidir.Onun üçün də sevgi ağıldır. Dünyada qarŞılıqsız sevgi var mı? deyirsiniz... Bizə bir nümunə göstər inanaq, deyirsiniz... Ana atanın uŞaqlarına verdiyi sevgi… qarŞılıqsızdır. Bu ağıl ilə duyğuların bir sintezi deyil, təbii bir instinktdir. Təbiətin verdiyi bu qarŞılıqsız sevgi instinktinə, ağıl ilə çatıla bilər. Madam ki təbiətdə bir nümunəsi vardır, o halda, insan ağılı ilə təqlid edə bilər, yenidən çıxara bilər. İnsanları sevin və onlardan qarŞılıq gözləməyin. Özünüzü axmaq yerinə qoymadan sevmənin tək yolu budur. Bunun çətin olduğunu bilirəm amma, xoŞbəxtliyi kim asan tutmuŞ ki?
Posted on: Tue, 16 Jul 2013 04:30:06 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015