Seyran Səxavət. Sən nə istəyirdin, nələr itirdin? Qorxma - TopicsExpress



          

Seyran Səxavət. Sən nə istəyirdin, nələr itirdin? Qorxma kül olmaqdan, yan, məhəbbətim. Sən mənim başıma nələr gətirdin, Ay ilk məhəbbətim, son məhəbbətim. O parlaq sevgimdən çox utanıb dan, Ulduzlar eşqimdən qızartı dərmiş. İnsanlar bir dəfə doğulduğundan, Elə bir dəfə də sevə bilərmiş... Mənəm, milyard naxış səpmişəm göyə, De, varmı hesabı naxışlarımın?! Kirpiklər özgəyə baxmayım deyə, Çəkir keşiyini baxışlarımın... Elə sızıldayır qəlbim tar kimi, Sən kimin eşqini daşıyacaqsan? Bəlkə də divarlar, maşınlar kimi, Sən də məhəbbətsiz yaşayacaqsan... Burda tənhalıqdan lap iyrənmişəm, Qoy meh sığallasın telini sənin. Gedib yetmiş iki dil öyrənmişəm, Hələ tapmamışam dilini sənin... Sən bir soyuq ulduz, mən gözlərinəm, Eybi yox, mənimçün həmişə varsan. Sıxma ürəyimi, ürək cəhənnəm, Axı sən ordasan, sən sıxılarsan...
Posted on: Sat, 21 Sep 2013 20:56:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015