Silsilə oğurluqlarda günahlandırılan keçmiş məhkumlar - TopicsExpress



          

Silsilə oğurluqlarda günahlandırılan keçmiş məhkumlar tutuldu Bakıda mağazalardan və mənzillərdən oğurluq edən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, əvvəllər məhkum olunmuş Qusar rayon sakini Namiq Musayev və Xaçmaz rayon sakini Rafiq Murtuzəliyev saxlanılıblar. Onlar iyunun 18-də Hövsan qəsəbəsində yaşayan Telnaz Ələsgərovaya məxsus mağazadan ərzaq məhsulları, tütün məmulatları, iyulun 4-də Əbülfət Məmmədrzayevin evindən pəncərədən keçmək yolu ilə 228 manat, iyulun 14-də Vüsal Nağıyevin evindən qızıl-zinət əşyaları, sentyabrın 4-də Ş. Ziyadov küçəsində yaşayan Ramiz Ələkbərovun evinin zirzəmisindən qaynaq aparatı, qaz sobası, 100 metr elektrik naqili, sentyabrın 18-də Zığ qəsəbəsində Əfiyyə Nağıyevanın mağazasından ərzaq malları, sentyabrın 19-da Hövsan qəsəbəsində yaşayan Ramin Əliyevə məxsus həmin ünvanda yerləşən mağazadan 3 ədəd mobil telefon, ərzaq məhsulları, 70 manat və sentyabrın 19-da E. Məmmədov küçəsində yaşayan Vahid Nağıyevin evindən isə 2200 manat, sırğa və fotoaparat oğurlamaqda şübhəli bilinirlər.
Posted on: Sat, 21 Sep 2013 07:22:01 +0000

Trending Topics



class="sttext" style="margin-left:0px; min-height:30px;"> Sugestão Posts Montserrat 3: Hoje, o município da Serra tem

Recently Viewed Topics




© 2015