Sirli Nibiru planetinin mövcud olub-olmaması məsələsi hələ - TopicsExpress



          

Sirli Nibiru planetinin mövcud olub-olmaması məsələsi hələ ki astronomlar tərəfindən nə tam təsdiq, nə də təkzib edilməyib. Onun varlığını sübuta yetirmək istəyənlər də, buna qarşı çıxanlar da az deyil. Amma hazırda astronomlar tərəfindən adı “X” planeti kimi çəkilən bu sirli obyekt hələ qədim şumerlərə məlum idi. Tanınmış tədqiqatçı astronom və yazar Zaxariya Sitçinin araşdırmalarına görə, Nibiru planetinin adı qədim şumer mətnlərində 12-ci planet kimi çəkilir. Şumerlər 12-ci planetdə yüksək səviyyədə inkişaf etmiş varlıqların olduğunu bildirərək, onları Annunaka, Enlil, Ninlil və ya Enki adlandırırdılar. Yenə də şumer mənbələrində bu planetin 3600 ildən bir Mars və Yupiterin orbiti üzrə hərəkət edərək, yerdən müşahidə edildiyi əksini tapıb. Belə iddia edilir ki, hər 3600 ildən bir 12-ci planetdən adamlar yer üzünə enərək insanlarla əlaqəyə girirlər. Ümumiyyətlə, Yaxın Şərq ölkələrinin mifologiyasında adıçəkilən sirli planet od saçan qanadlı disk kimi xatırlanır. Türklərin ana vətəni olan Altaylarda və Altay türklərinin mifologiyasında Nibirunu xatırladan Tayanar adlı göy cisminin adı çəkilir. Qədim Tibet mənbələrində isə Günəş planetinin əkizi olan Raca-Günəşin yer üzündə peyda olmasından bəhs edilir.
Posted on: Sun, 25 Aug 2013 17:06:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015