Soyuqdəymədən qorunmaq üçün bunları edin: İmmunitet - TopicsExpress



          

Soyuqdəymədən qorunmaq üçün bunları edin: İmmunitet sisteminizi gücləndirin. Balanslı qidalanın, meyvə, tərəvəz daha çox yeyin, rasionunuzda əti azaldın. Xəstəlik riski yüksəkdirsə çox miqdarda C vitamini qəbul edin (Məsələn, hər gün 2 kivi, 1 qreypfrut, 1 yaşıl bibər və ya 2 qaşıq kələm turşusu yeyin). Hərəkət edin və soyuğa qarşı bədəninizin davamlı olmasını təmin edin (Üzmək, saunaya getmək, soyuq duş almaq, təmiz havada gəzmək, müxtəlif idman fəaliyyətləri etmək). Otağınızın havasını dəyişin. Hava nəmləndiricilərindən istifadə edin. Otağı həddindən artıq qızdırmayın. Hava cərəyanının meydana gəlməməsinə diqqət yetirin. Viruslardan özünüzü qoruyun. Soyuqdəymə dövrlərində bağlı otaqda çox oturmayın. Xəstə insanlarla öpüşməyin, 1.5 metrdən çox yaxınlaşmayın. Əllərinizi nizamlı yuyun. Çox qalın və ya incə geyimlər geyməyin. Havaya görə geyinin. Hər gün nizamlı olaraq istirahət edin.
Posted on: Sun, 10 Nov 2013 20:06:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015