Stomatoloji gəbulumda pacientlər çox vaxt belə bir şey - TopicsExpress



          

Stomatoloji gəbulumda pacientlər çox vaxt belə bir şey söyləyirlər: “Dişlərimi gündə iki dəfə fırçalayıram, amma kariyes yenə də əmələ gəlir”... “Filan qohumum dişlərin ildə bir dəfə fırçalayır-fırçalamır, amma dişləri mirvari kimidir” ...”Atamın dişləri yaxşıdır, anamın – tez xarab oldu, qardaşımın dişı atamınkına oxşadı, möhkəmdir, mənimki isə anamınkına...” Gəlin araşdıraq belə hallar nə ilə bağlı ola bilər... Hal hazırda elmi ilə sübüt olunmuş kariyesin əmələ gəlmə səbəbi ağız boşluğunda normal mikrofloraya aid olunan bakteriyalardılar: 1. Streptococcus mutans. 2. Streptococcus salivarius. 3. Streptococcus sanguis. 4. Streptococcus mitis. 5. Lactobakteriyalar... Bu mikroorqanizmlər bir sıra turşu ifraz edirlər, onların arasında əsasən südlü turşu diş minasına zərər verir. Bu processi tezləşdirən xüsusi və ümümu faktorlar vardır. Ümümi faktorlar: -Yaşadığınız regionda suyun tərkibində ftorun az olmağı, balanslaşdırılmamış qida. -Somatik xəstəliklər. Ürək-damar, həzm, endokrin, immun və digər bədən sistemlərinin xəstəliklərin olması kariyesin əmələ gəlmə riskini artırır. -Genetik meyliyi, hansı ki diş toxumaların möhkəm və ya zəif strukturu olmağını, mənfi təsirlərə müqavimət göstərə bilməyini irs edir. -Stress, radiasiya, və digər ekstremal amillər, hansılar ki insan orqanizminə təsir göstərə bilər. Xüsusi və ya yerli faktorlar: -Dişdə ərp və daşların olması. -Tüpürcəkin niteliklerin və tərkibin dəyişiklikləri. Özlülükıü tüpürcək dişlərdə yeməkdən sonra qalan qida qalıqların pis yuyub aparır. Tüpürcəkdə mineralların normasından az olmağı remineralizasiya prosessin yetərincə etmir. -Mikroblar üçün ən yaxşı qida döşənəyi və yaşayış olan karbohidrat qidalar, və ağız boşluğunda qalıqlarının olması. -Hamiləlik vaxtı kadının xəstəlikəri, uzun müddət toksikozu, düzgün qidalanmaması, bəzi dərmanların atması, stresslər və s. uşağın dişlərin nişanın, mina və dentinin minerallaşmasın, kalsium və ftor tərkibin poza bilər. -Diş-çənə sistemin ümumi vəziyyəti. Dişləm anomaliyaları, sıx dişlər olması, minanın çeynək səthin fissurların dərin olması breketlər, protezlər və s.kariyesin artımasına səbəb ola bilərlər. -Ağız boşluğun pis qiqiyenası. Dr-Samir
Posted on: Sun, 07 Jul 2013 17:12:07 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015