Söyün Sadıqovdan şok yazı "İlham Əliyev legitim prezident - TopicsExpress



          

Söyün Sadıqovdan şok yazı "İlham Əliyev legitim prezident olmayacaq” "...bu şans qarşıdan gələn seçkidə prezidentliyə Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlıdır” AzPolitika.info-ya Rusiya Prezidenti Vladimir Putinin səlahiyətli nümayəndəsi, "Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqovun Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı təhlili məqaləsi təqdim olunub. "Azərbaycanda seçkilər: sosial qarışıqlıq və ciddi itkilər olmadan optimal nəticə” adlı məqalə, sözün əsl mənasında sensasiya xarakterlidir. Etatist həmin məqaləni təqdim edir: AZƏRBAYCANDA SEÇKİLƏR: SOSİAL QARIŞIQLIQ VƏ CİDDİ ITKİLƏR OLMADAN OPTİMAL NƏTİCƏ 2013-cü ilin oktyabr ayında bir həftə fərqiylə Azərbaycanda və Gürcüstanda prezident seçkilərinin keçirilməsi, bu ayın regionda siyasi baxımdan qaynar keçəcəyini söyləməyə əsas verir. Şübhə yoxdur ki, bu seçkilər gözlənilməz nəticələrlə yekunlaşarsa, regiondakı "siyasi hərarət” təkcə Cənubı Qafqazda deyil, onun sərhədlərindən kənarda da hiss olunacaq. Baxmayaraq ki, nəticələr zahirən "qabaqcadan müəyyən olunmuş” kimi görünür... Xüsusi ilə, Azərbaycanda elə mühit var ki, adi vətəndaş üçün hansı qüvvələrin ölkədəki siyasi vəziyyətə necə təsir etdiyini və seçkilərin nəticələrinin nədən asılı olacağını anlamaq asan deyil. Vəziyyəti daha da gərginləşdirən amillərdən biri də müxalifin hələ də nəyə üstünlük verəcəyini tam olaraq müəyyən etməməsidir. Müxalifət daha çox ölkədə həqiqi demokratik seçkilərin keçirilməsinin mümkün olmayacağını bəyan edərək, hökumətə digər təzyiq vasitələri axtarır, bununla bağlı çağırışlar edir. Lakin bu "digər” inkanlar spektri olduqca məhduddur və təəssüf ki, son dərəcə təhlükəlidir. Son zamanlar dünya təcrübəsində müşahidə olunan seçkilərin nəticələrinin küçənin fəal təsirilə müəyyən edılməsi isə praktiki olaraq hər yerdə acınacaqlı vəziyyətlə yekunlaşıb. Əlbəttə, deyə bilərik ki, Azərbaycan xalqı müdrük xalqdır və qarşıdurmalara yol verməz. Yaxud, deyilə bilər ki, Azərbaycanda etirazın meydanlara keçməsinə səbəb olacaq ilkin şərtlər yoxdur. Ancaq təəsüf ki, hadisələrin belə inkişafından heç kim sığortalanmayıb.... Bu barədə yalnız müxalifət düşünməməlidir. İlk növbədə hakimiyyət bununla bağlı düşünməli və ölkədə siyasi qarşıdurmaların gərginləşməsinə səbəb olacaq situasiyaların yaranmasına imkan verməməlidir. Gəlin, bir daha Azərbaycanın siyasi palitrasına nəzər salaq və hadisələrin sonrakı gedişatını proqnozlaşdıraq. Fikrimizcə, seçkilərdə, sözsüz ki, İlham Əliyev galib gələcək. Lakin yalnız və yalnız inzibati resursların hesabına! Ümumiyyətlə, bu postsovet məkanı üçün çox geniş yayılmış bir haldır. Bir çox dövlətlərdə məhs inzibati resursun hesabına rəhbərlər onilliklərlə hakimiyyəti öz əllərində saxlayırlar. Ancaq dıgər tərəfdən, bir çox postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanın daha güclü inkişafı üçün yalnız böyük iqtisadi deyil, həm də, inanmaq istəyərdik ki, geniş siyasi imkanları var. Yaxın qonşularla müqayisədə, ölkənin iqtisadi artım templəri yüksəkdir ki, bu, siyasi məqsədlər ücün də istifadə oluna bilər və mütləq olunmalıdır da. Lakin əgər seçkilərdən sonra əhalinin əksər hissəsi yeni seçilmiş prezidentin hakimiyyətini kifayət qədər leqitim hesab etməzsə, mövcud potensialdan səmərəli istifadə etmək, onu reallaşdırmaq böyük ehtimalla mümkün olmayacaq. Çünki hakimiyyət dövlətin potensialını və gücünü ölkənin davamlı inkişafına yönəltmək əvəzinə, öz leqitimliyini "sübut etməyə” sərf edəcək. Əlbəttə, hadisələrin dinc yolla inkişafı şəraitində... Etirazların küçələrə dövr etdiyi və bunun yalnız müxalifət tərəfindən deyil, həm də ölkədə qüvvələr balansının pozulmasında maraqlı olan digər şəxslər tərəfindən bir qədər də qızışdırıldığı halda isə hadisələri nəzarət altına almaq ücün daha ciddi səy və böyük vəsait sərf etmək lazım olacaq. Hətta bu zaman güc tətbiq etmək zərurəti də yarana bilər ki, bu da mövcud hakimiyyət üçün son dərəcə təhlükəlidir. Aydındır ki, hazırda İlham Əliyev üçün prioritet məsələ mümkün siyasi riskləri minimuma endirməkdir. Ancaq Azərbaycanda seçki ərəfəsində belə imkanların sayı o qədər də çox deyil. Birincisi addım: seçkilərdə inzibati resursdan istifadəni minimuma endirmək. Amma bu halda İlham Əliyev kifayət qədər səs toplamaya bilər. Ikincisi, bütün namizədlərin, o cümlədən müxalifətdən olan namizəd(lər)in seçkidə iştirakı üçün bərabər şərtlər yaratmaq. Lakin hakimiyyətin mövcud siyasəti, atdığı addımlar hələlik bunun əksinı göstəririr. Buna konkret misal olaraq "Respublikaçı Alternativ” (REAL) hərəkatının sədri İlqar Məmmədovun həbsdə saxlanılmasını, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçkiyə buraxılacağına inamın olmamasını göstərmək olar. Təsadüfi deyil ki, Müsavat Partiyasının lideri İsa Qəmbər müxalifət tərəfindən yalnız bir namizədin irəli sürülməsini təhlükəli hesab edir. Çünki düşünür ki, bu halda müxalifət, ümumiyyətlə, seçkilərə heç buraxılmaya bilər. Və, nəhayət, bizim fikrimizcə, hakimiyyət üçün ən ağrısız və ən effektiv başqa bir yol da var – bu seçkidə hakimiyyətin prezidentliyə namizədini dəyişmək! Artıq Azərbaycanda bir neçə partiya yeni şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış ediblər. Bu, Mehriban xanım Əliyevadır. Hansı amillər Mehriban xanım Əliyevanın namizədliyinin "lehinə” çıxış edir? Birincisi, Mehriban Əliyevanın prezidentliyə namizədliyi praktiki olaraq cəmiyyətin bütün təbəqələrinin maraqlarına cavab verir. Onun fəalliyyəti hamıya yaxşı məlumdur və xalqda mənfi emosiyalar yaratmır. Buna görə də, onun seckidə qələbəyə ciddi şansları var. İkincisi, o daxildəki vəziyyətin nə qədər gərgin olduğunu dərk edir. Eyni zamanda Azərbaycan elitası daxilində gedən klanlararası mübarizədən xəbərdardır. Lakin bu klanların heç biri qarşısında birbaşa öhdəliyi olmadığından, o həm ölkə daxilində, həm də xaricdə ölçülmüş və praqmatik siyasət aparmağa qadirdir. Hansı kı, bu, indiki zamanda ölkə üçün çox vacibdir. Üçüncüsü, Mehriban Əliyevanı ictimai-siyasi xadim kimi Avropada, ABŞ-da, eləcə də Rusiyada yaxşı tanıyırlar və onun namizədliyi nəhəng qlobal oyunçuların hec birinini narazılığına səbəb olmur. Bəs, Mehriban xanım Əliyevanın namizədliyinin "əleyhinə” cıxış edən arqumentlər hansılardır? Əvvala o, hakim klanı təmsil edir. Həmçinin belə bir fikir də mövcuddur ki, son illər real idarəçilik Mehriban xanım Əliyevanın əlində olub, lakin ölkədəki problemlər daha da artıb. Ancaq hesab edirəm ki, bu o qədər də düzgün fikir deyil. Mehriban xanım Əliyevanın hətta indiki prezidentin mövqeyinə təsir etmək imkanı olsa belə, bu çox məhdud xarakter daşıyıb. Çünki o, ciddi surətdə həyat yoldaşının öhdəlikləriylə əhatə olunub və bu öhdəliklərə görə sərbəst fəaliyyət göstərə bilməzdi. Nəhayət, çoxları deyir ki, qadın prezident Azərbaycan üçün qəbuledilməzdir. Bizim fikrimizcə, bu arqument heç bir tənqidə davam gətirmir. Çünki bir tərəfdən, dünyada çoxlu bu kimi nümunələr var. Digər tərəfdən isə, bəlkə də məhz ona - Mehriban xanıma bir qadın-ana kimi Azərbaycanın köhnəlmiş və ən ağrılı Qarabağ problemini həqiqətdə yeni variantlar təklif etməklə həll etmək nəsib olacaq. Fikrimizcə, Azərbaycan hakimiyyəti cox ciddi düşünərək optimal qərar qəbul etməlidir. Məhz indi Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan yeni - daha yüksək səviyyəyə çıxmağa real şansı var. Və bu şans qarşıdan gələn seçkidə prezidentliyə Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlıdır. Hansı ki, o, seckidə inzibati resurssuz əsaslı qələbə əldə edə bilmək imkanına malıkdir. Bu xalqın seçimi olacaq, bu leqitim prezident olacaq, bu irəliyə ciddi sıçrayış olacaq. Nəhayət, bu ölkədə sosial qarışıqlıq və ciddi itkilər
Posted on: Wed, 24 Jul 2013 21:23:17 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015