Süni su hövzələri – insan tərəfindən yaradılır. 2 qrupa - TopicsExpress



          

Süni su hövzələri – insan tərəfindən yaradılır. 2 qrupa ayrılır: 1. Su anbarları - süni göl olub, enerji, balıqçılıq, suvarma məqsədi güdür. Çayda suyu tənzimləyir, daşqının qarşısını alır, ətrafda rütubət artır, qrunt sularının səviyyəsi artaraq isti ərazidə şoranlar, soyuq ərazidə isə bataqlıq yarada bilər. 2. Kanallar - süni çaylardır. Gəmiçilik və suvarma kanalları olur. Gəmiçilik kanalı bir çayı digəri ilə, çayı dənizlə, okeanı okeanla birləşdirir. Məsələn: Süveyş, Panama, Volqa-Baltik, Volqa-Don və s. Suvarma kanalı quraq ərazidə tarlaları suvarmaq üçün tikilir. Şirin suya olan tələbatı ödəmək üçün: 1. Qapalı su dövriyyəsi yaratmaq; 2. Dəniz suyunu şirinləşdirmək: 3. Atmosfer sularını yığmaq: 4. Aysberq və artezian quyularından istifadə etmək; 5. Sənaye və məişətdə çirkab suları təmizləmək lazımdır
Posted on: Fri, 16 Aug 2013 14:15:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015