SİNK (Zn) Yararları : Böyümə,cinsi inkişafın normal - TopicsExpress



          

SİNK (Zn) Yararları : Böyümə,cinsi inkişafın normal olmasını, yaraların tez sağalmasını təmin edir. Hansı qidalarda olur : Dəniz məhsulları, ət, qaraciyər, fındıq,süd və yumurtada olur. Əksikliyi nələrə yol açır : Böyümənin gecikməsi,iştahsızlıq,ağızda dad hissiyatının azalması, cinsi həvəsin azalması ,oynaqlarda şişməyə səbəb olur. DƏMİR (Fe) Yararları:Mineralların sorulması, qırmızı qan hüceyrələrinin və enzimlərin sintezi, immun sistemin möhkəmliyi üçün vacibdir. Günlük ehtiyac 8-10 mg.dır.Hamiləlik,laktasiya və menstruasiya zamanı bu ehtiyac nisbətən artır. Hansı qidalarda olur : Yumurta sarısı,ət, balıq,ciyər, dalaq,yaşıl tərəvəzlər,lobya,fındıqda tapılır. Əksikliyi nələrə yol açır :Qanazlığı və oksigen çatışmazlığına səbəb olur. FOSFOR (P) Yararları : Sümük və dişlərin formalaşması,hüceyrə bölünməsi,enerji hasilatı,ürək əzələsinin yığılmasında, sinir və əzlə işində ,böyrəklərin fəaliyyətində əhəmiyyətli rol oynayır. Hansı qidalarda olur : Ət,süd məhsulları və paxlalılar fosforla zəngindir. Əksikliyi nələrə yol açır : Halsızlıq və kalsiumun orqanizmdən itirilməsi görülür. KALSİUM (Ca) Yararları : Sümük və dişlərin formalaşması və möhkəmliyini,qanın laxtalanmasını,əzələlərin yığılmasını,sinir impulslarının çatdırırlmasını həyata keçirir. Hansı qidalarda olur : Süd və süd məhsulları,yaşıl yarpaqlı tərəvəzlər,quru meyvələr və bəzi balıqlarda tapılır. Əksikliyi nələrə yol açır : Raxitlik,böyümənin gecikməsi,sümüklərin yumşalmasına səbəb olur. MAGNEZİUM (Mg) Yararları : Sümük və dişlərin formalaşması və möhkəmliyini ,əzələlərin yığılmasını,sinir impulslarının çatdırırlmasını enerji hasilatını həyata keçirir. Hansı qidalarda olur : Soya, lobya,findiq, süd ,baliq,yaşıl yarpaqlı tərəvəzlər və taxıllarda olur. Əksikliyi nələrə yol açır : İnkişafdan qalma,davranışın pozulması,aqresivlik, sinir və əzələdə zəiflik. POTASİUM (K) Yararları : Əzələlərin yığılması,vücudda su – elektrolit balansının saxlanması,sinir tənzimi və müsbət kation kimi əhəmiyyətə malikdir. Hansı qidalarda olur : Ət ,süd, meyvə-tərəvəz,kələm,brokoli,çuğundur,zeytun,balıq,portağal suyu, xurma,banan,əncir,avakado,ərik,badam,fındıq, süd məhsulları Kalium ilə zəngindir. Əksikliyi nələrə yol açır : Kramplar,əzələlərdə yorğunluq,gücsüzlük, ishal,qusma,ürək döyüntülərinin qeyri normallığı,reflekslərin yavaşıması,nəfəs almada çətinlik kimi narahatlıqlar görülür. NATRİUM (Na) Yararları : Əzələlərin yığılması,vücudda su – elektrolit balansının saxlanması,ürək ritminin normada qalmasını tənzimləməkdə əhəmiyyətə malikdir. Hansı qidalarda olur : Ət ,süd məhsulları,duzda tapılır. Əksikliyi nələrə yol açır : kramplar və iştahsızlıq görülür. MİNERAL SULAR Mineral sular tərkibindəki bütün minerallar və karbondioksid qazı ilə birlikdə yeraltındakı çatlaqlardan yol taparaq yer səthinə çıxır və tamamən təbiidir.Qazlı sular isə içməli suya mineral və karbondioksid qazı qatılaraq hazırlanan süni içkilərdir.Hər iksi mədəni rahatladır ,lakin qazlı suların bundan başqa heç bir yararı yoxdur.Təbii mineral sular isə təbii mineral deposudur.Yəni fərq budur : mineral su bir ehtiyacdır, qazlı su ilə seçimdir.Süd ilə təbii mineral suların tərkibi orqanizmə yararlı olan oxşar minerallara malikdir.böyümə çağındakı uşaqlar kalsium ,dəmir,sink,flüor kimi minerallara yetkinlərdən daha çox ehtiyac duyur.Bu ehtiyacı qarşılamanın ən yaxşı yolu yetərli miqdarda süd və təbii mineral su içməkdir.Mineral suyunun tərkibindəki kalsium sümüyün ,flüor isə ağız və diş sağılığın üçün vacibdir.Hamiləlikdə də mineral ehtiyacı artdığından təbii mineral suların istifadəsi məsləhətdir.
Posted on: Sat, 05 Oct 2013 07:09:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015