SİTOSTATİK XƏSTƏLİK Özünə məxsus polisindrom - TopicsExpress



          

SİTOSTATİK XƏSTƏLİK Özünə məxsus polisindrom xəstəlikdir. Orqanizmə sistostatik faktorların təsiri nəticəsində inkişaf edən və ilk növbədə sümük iliyinin, həzm traktının epitelisinin bölünən hüceyrələrinin məhv olması ilə xarakterizə olunur. Qaraciyərin zədələnməsi ilə sistostatik xəstəlik az müşahidə olunmur. Etiologiyası: Sitostatikləri n və ionlaşdırıcı radiasiyanın təsiri nəticəsində yaranır. Patologiyası: Sümük iliyinin böyük miqdarda bölünən hüceyrələrin məhv olması, həzm traktının epitesinin tamlığının pozulması , bütün orqan və sistemləri müxtəlif dərəcədə zədələnməsi və saçların tökülməsinə səbəb olur. Xəstələrdə inkişaf edən aqranulositoz, trombositopeniya, mədə bağırsaq traktının xoralı nekrotik dəyişiklikləri II proseslərlə angina, sepsis, hemoragiya, bağırsağın perforasiyası ilə ağırlaşa bilir. Prosesin ağırlığı sitostatikin dozasından və təsir gcündən asılıdır.Bir dəfəlik doza nə qədər güclüdürsə zədələnmə o qədər ağırdır. Sistostatik geniş yayılması uşaqların zədələnmələrinə - isteriya zamanı və intihar məqsədilə isdifadəsinə gətirib çıxarır. Klinik şəkli: Başlarğıcda ağız ətrafların selikli qişasında ödemləşmə əmələ gəlir, bu da sonradan hiperkeratozla əvəz olunur. Ağızın zədələnməsi ilə eyni zamanda qanda leykositlər, trombositlər, retikulositlər azalır. İmmun aqranulasitozdan fərqli olaraq qramulsitlər sayca azaılr, lakin tamamilə itmir. Qranulositopeniya artdıqca angina,pnevmoniya, infeksiya yerində abseslər əmələ gəlir, ağır trombositopeniya burun qanaxması, mədə bağırsaq qanaxmaları, dəri hemoragiyaları ilə müşhidə olunur. Anemiya gec əmələ gəlir. Sümük iliyində hüceyrə tərkibi tükənir. Mədə bağırsaq traktının zədələnməsi ilə nekrotik enteropatiya əmələ gəlir. Orqan və sistemlər müxtəlif sitostatiklərə eyni cür zədələnmir. Siklofosfan immun depresiyaya, müvəqqəti arqanulositoz, ümumi trombositepiya, bağırsağın zədələnməsinə səbəb olur. Mielosan əksinə, immun depresiya əmələ gətirmir, demək olar ki bağırsaq zədələnmir, aqronulositoz və trombositopeniya gec əmələ gəlir ( zəhərlənmədən 2 həftə sonra) , çox dərin olmur və bir neçə həftə davam edir. Rubomisin və adriablastın yüksək dozada ağır miokardit əmələ gətirə bilər. Vinkristin immundepresiya ,çox zaman polinevrit əmələ gətirir.Sikfofosfen, 6 merkaptopurin hepatotrop təsir göstərir. Sitostatik xəstəliyin tez-tez müşahidə olunan təzahürlərdən biri də septisemiyadır : yüksək tempratur, bəzən titrəmə, bakteriemiya. Pnevmoniya klinik əlamətlərin zəif təzahürü ilə seçilir: quru öskürək , zəif yaş xırıltılar, bəzən krepitasiya.
Posted on: Sat, 27 Jul 2013 09:23:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015