Sən kimi, ey nazənin, yüz nazlı afət görmüşəm, Nə - TopicsExpress



          

Sən kimi, ey nazənin, yüz nazlı afət görmüşəm, Nə dəyanət, sözlərində, nə sədaqət görmüşəm. Aşina oldum əbəs, düşdüm bəla girdabına, Bivəfalərdən, qərəz, hər cür xəyanət görmüşəm. Etibarı yox imiş ,ey dil, bu laməzhəblərin, Xubilərdən baş verən yüz min cinayət görmüşəm. Biədayə, bilmədim, əfsus o günlər can dedim, Çox şükür ki, canımı indi səlamət görmüşəm. Yusifi etmiş əsir, bir dəm Züleyxa fitnəsi, Hər zaman aşiqləri əhli-şikayət görmüşəm. Bir vəfasız güldən ötrü mən əsiri-zindanam, Fərmanam, Allah bilir ki, mən nə zillət görmüşəm. Fərman Qasımov
Posted on: Sat, 21 Sep 2013 07:22:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015