Səni məndən ayırsaydı ölüm bəlkə belə çətin - TopicsExpress



          

Səni məndən ayırsaydı ölüm bəlkə belə çətin olmazdı. Hər gün səni fikirləşməzdim, daha rahat olardı içim. Ağlayardım hər gün biraz, gözüm arxanca qalmazdı. Şəkillərinə baxardım, qədər ilə razılaşmazdım. Bir gün ya mətbəx bıçağı, ya da ülgüc dost olardı damarlara. Bu tərəflərdə səndən ayrı qalmazdım. Amma nə yazıq ki, yazı başqa Sağsan və məndən ayrı. Ona görə başqa fikirlər fırlanır başda. Səni öldürmək hissi keçir içimdən. Buna görə, GÜNƏŞim, məni bağışla. Sənə yönləndirdiyim cavabsız çağırışlardır yəqin işlərivin tərs getməsinin tək səbəbi. Qarşısın ala bilmirəm artıq artan əsəbin. Mən nə deyim ki, xoşuva gəlim? Deyim ki, Səni artıq sevmirəm, özümə yalan danışa bilmirəm, bunu məndən yaxşı bilirsən. Yoxsa deyim Səni dəlilər kimi sevirəm? Yox! Səni səndən çox sevəcək qədər ağıllıyam Bunu bilirsən. Ya da mobil telefon, hələ de adıvın sonunda m hərfi durur. Sadəcə mesaj yazacaq qədər mənlik balansımda yoxdu qürur. Tüpürmüşəm zamanla əlaqəli bütün aforizmlərə, Zaman unutdurur kimi boş sözlərə. Ya da ki, Sevgilinə görə, sevgiyə görə çalışmaq lazımdı kimi xoş sözlərə. Şablonlardan uzaqlaşmışdım sənin nə olduğunu dərk edəndə. Ya da ki, hamıdan fərqli, Sən get, mən otururam deyib məni tərk edəndə. Sənin deyərək-gülərək keçirdiyin günlərdə mən hələ də Necəsən? soruşanlara cavabda deyirəm Belə dəə
Posted on: Mon, 11 Nov 2013 19:06:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015