Səyahət etmək bir tərəfdən gözəl digər tərəfdən isə - TopicsExpress



          

Səyahət etmək bir tərəfdən gözəl digər tərəfdən isə çox macəralı və əyləncəlidi. Xaricə gedib Avropa ölkələrini seyr edib gəzib dolaşmaq insana xüsusi bir zövq və sevinc bəxş edir.İndiyənə gədər bir neçə Avropa ölkəsində olmuşam və hər bir yerə gedər getməz oranın tarixini,mədəniyyətini,siyasətini mütləq öyrənməyə çalışıram. Maraqlı yerlər çoxdu,gəzməyə dəyər xarici ölkələr.Lakin birinci növbədə öz Vətənini qarış qarış gəzmək,sonra isə xaricə üz tutmaq doğru olardı.Bizim ölkəmizdə o gədər gəzməli yerlər var ki,min göz tamaşa.Rayon və şəhərlərimiz kifayət gədər inkişaf edir.Hər bir rayonda bir çox sayda istirahət mərkəzləri var.Səfalı yerlərimiz çoxdu.Yəni hər bir bölgənin öz gözəlliyi öz qeyri adiliyi var,və hər bölgədə istirahət etmək,sevindiricidi. Xaricə getmək də lazımdı, bu çox yaxşıdı,gəzirsən,görürsən,tanış olursan onların adət ənənələri ilə,əcnəbi insanların həyat tərzlərini görüb şahidi olursan, amma yenədə mənim üçün xaric gəzmək üçündü,doğma vətənim isə yaşamaq üçün.Mən burdada ölkəmdə də sərbəst istirahət edə bilərəm.Qurban olaram Vətənimin hər bölgəsinə Qurban olaram elə öz Yurduma.Ana Vətənimə
Posted on: Wed, 11 Sep 2013 19:02:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015