Temperatur 39 dərəcəyə yüksələcək İyunun 30-da Bakı - TopicsExpress



          

Temperatur 39 dərəcəyə yüksələcək İyunun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-24 dərəcə, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-37, bəzi yerlərdə 39 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti müşahidə olunacaq.
Posted on: Sat, 29 Jun 2013 09:05:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015