Test hakimə baha başa gəldi... Bir gün bir hakim bir banka - TopicsExpress



          

Test hakimə baha başa gəldi... Bir gün bir hakim bir banka gedir və 1 000 000 funtsterlinqə ehtiyacı olduğunu deyir. Təbii ki, əvvəlcə bank rəhbərliyi nə edəcəyini bilmir və dərhal Ədliyyə Nazirliyinə (həmçinin lazım olan başqa nazirliklərə) zəng edir. Ancaq hər yerdən gələn cavab eynidir: "Pulu verin!" Məbləğ verilir... Bu hadisədən bir neçə gün keçir. Və o hakim yenə banka gəlir. Ancaq bu dəfə niyyəti aldığı pulları geri qaytarmaqdır.Bank rəhbərliyi yenə nə edəcəyini bilmir və yenə Ədliyyə Nazirliyinə (həmçinin də lazım olan başqa nazirliklərə) zəng edir. Bu dəfə müfəttişlər işə qarışırlar və hakimdən bu hərəkətinin səbəbini soruşurlar. Hakim isə bu hərəkəti «hökumətinin ona doğurdan da inanıb inanmadığını sınamaq üçün» etdiyini deyir. Sonra məsələ nazirliyə çatır və nazirlik həmin gün hakimi vəzifəsindən azad edir. Ədliyyə Nazirliyinin hakimə göndərdiyi qısa məktubda isə bu sözlər var: "Əgər hökumətin bir hakimi öz hökumətinə inanmırsa, deməli hökuməti də ona inanmır"... P.S. Qarşındakı insana inanmırsansa, ondan da özünə inam gözləmə!
Posted on: Tue, 27 Aug 2013 12:18:51 +0000

Trending Topics



(bitc1.biz/?ref=hyipfocus) 2.4%
Whatever we believe about Syria, as Americans, let us all believe
INFORMASI RAHASIA> MUTUAL WEALTH Saya ingin berbagi information
Luxury Knitting: Ultimate Guide to Exquisite Yarns. QP7MP87DD.

Recently Viewed Topics




© 2015