Tibbi terminlər beynəlxalq terminlərdir. Latın dilindən - TopicsExpress



          

Tibbi terminlər beynəlxalq terminlərdir. Latın dilindən götürülüb. Bütün dünyada qəbul olunub. Xəstəliklər və orqanların tibb dilində maraqlı adları var. Bunların bəzilərini yazacam Misal üçün:Sardonik gülüş-Tetanus xəstəliyi nəticəsində baş verir, mimiki əzələlərin qıcolmaları nəticəsində,üz nahiyəsində məcburi gülüş yaranır. Tremor - Çənə əsməsi,əsasən parkinson xəstələrində müşahidə olunur. Fotofobiya -İ şıqdan qorxmaq Hipertermiya - Yüksək temperatur Hepatosplenomeqaliya - Qaraciyər və dalağın böyüməsi Appendisit - Soxulcanabənzər çıxıntının iltihabı Spontan abort - kənardan tibbi və qeyri-tibbi müdaxilə olmadan öz özlüyündən baş verən hamiləlik pozuntusu Distrofiya - Qidalanmanın pozulması Sefalgiya - baş ağrısı Pedis - Ayaq İşemiya-Azqanlılıq Enurez - Gecə sidiyini saxlaya bilməmək Maserasiya - yumşalma,islanma Hiperemiya - Doluqanlılıq xeylit - protezlərdən istifadə zamanı selikli qişalarda meydana gələn iltihab Revmatik xoreya (müqəddəs Vitt rəqsi) - bu zaman dəridə soxulcanabənzər hərəkətlər müşahidə olunur Pitoz - Göz qapağının sallanması Regenerasiya - yenidən əmələ gəlmə Pulmo - ağciyər Medulla spinalis - Sümük iliyi Primigravida - Birinci dəfə hamilə qalan qadın Siyanoz - Oksigen çatmamazlıği nəticəsində dəri mavi rəngə çalır Angiospazm - Damar sıxılması,spazmı Tranplantasiya - Orqan köçürülməsi Hipoventilyasiya - Ağciyərə hava axınının azalması Anafilaktik şok – allergenin orqanizmə təkrari daxil olması zamanı əmələ gələn tez tipli allergiya reaksiyasıdır. Rinit - Burun boşluğu selikli qişasının iltihabı Abdomen – qarın
Posted on: Thu, 03 Oct 2013 17:50:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015