Tikan və gül Sən mənçün yaranmış olsanda ey gül, Mən - TopicsExpress



          

Tikan və gül Sən mənçün yaranmış olsanda ey gül, Mən sənə heç zaman uyğun olmadım. Bir ömür səninlə birgə yaşadım Nədənsə gözündə heç ucalmadım. Dilin eşq oxudu, göz bəyənmədi Qəlbin başqa oldu dil dodaq başqa Sən məni “bir türlü” sevə bilmədin, Oyun başqa oldu, oyuncaq başqa. Sən mənə qəlbini açaydın gərək, Eybi yox, bir təhər dözərdim buna Bu təmiz sevgimə bir ad qoyardım “Bədbəxt alın yazım” deyərdim buna. Vaxtında qəlbini açsaydın mənə Vaxtında sevmirəm səni desəydin Tikansan, qəlbimə yatmırsan deyib, Bütün sərhədləri aşa bilsəydin. Vaxtında yerimdən xəbər tutsaydım Bəlkə bütün bunlar belə olmazdı Bəlkə nəsə çarə tapardım ona Bəlkə dəyişərdim, tikan qalmazdım. Qəlbini fəth edə bilməsəm də mən Içinin sirrini öyrəndim axır Bildim ki, o mənə aid deyilmiş, Bax bunu öyrənib dincəldim axır. Kaş onu bu qədər qurcamayaydım. Doğrunu öyrəndim nə oldu mənə? Kaş təkcə dilinə inanaydım mən Indi qəmdən başqa nə qaldı mənə? Sənin xəyalların göylərdə imiş Mən torpaq içində gəzənin biri Sən qəmsiz-kədərsiz həyat dalıyca Mən müşgül içində üzənin biri. Günah səndə deyil, günah özümdə Axtarıb tayımı tapa bilmədim Şeh olub hər səhər üstünə qondum Süzüb yerə düşdüm, hopa bilmədim. Tikan gülə calağ etsə özünü Nə gül tikan olar, nə də tikan gül Tikan ayaq altda əzilər gedər qalar gülüstana ətir salan gül. tikansız gül ömrü az olar amma hər keçən əl vurub, incidər onu tikanı olarsa amma bir gülün hamı toxunmadan seyr edər onu. Odur ki bir tikan olsam da yenə Sənə faydam olar, tərk etmə məni Mən tikan olmamı yaşxı bilirəm Tez tez təkrar edib incitmə məni! Birdə ki unutma heç zaman bunu Vaxt gələr saralıb-solarsan ey gül! O zaman tikanla həmtay olarsan Tez məni yadına salarsan ey gül! Ilqar Kamil
Posted on: Fri, 19 Jul 2013 10:05:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015