Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində maraqlı - TopicsExpress



          

Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində maraqlı görüşlərdən biri “Qarabağ” və “Xəzər Lənkəran” komandaları arasında oynanılacaq. Matç “Baksell Arena”da baş tutacaq. Oyundan öncə “Xəzər Lənkəran”da qapıçı probleminin yaşandığı hər kəsə bəllidir. Məsələ burasındadır ki, Duqlas Leyte və Orxan Sadıqlı zədədən əziyyət çəkirlər. Amma son xəbərlər “Xəzər Lənkəran” düşərgəsində sevinc yaradıb. Bu barədə Futbol11.az saytına “Xəzər Lənkəran” klubunun qapıçı-məşqçisi Hafiz Əliyev məlumat verib. Əliyev bildirib ki, Orxanın durumu yaxşıdır və “Qarabağ”a qarşı matçda forma geyinə biləcək. Orxan bugünkü səhər məşqində tam gücü ilə hazırlaşıb.
Posted on: Fri, 16 Aug 2013 16:42:59 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015