Türkiyənin Antalya şəhərində cinçıxarma əməliyyatı - TopicsExpress



          

Türkiyənin Antalya şəhərində cinçıxarma əməliyyatı zamanı dəfələrlə təcavüzə uğramış 13 yaşlı M.Ç.-ni zorlamış 7 nəfərin məhkəməsi başlanıb. BiG.Az saytı türkiyə mətbuatına istinadən bildirirki, müttəhimlər kürsüsündə oturan şəxslərin 3-ü yetkinlik yaşına çatmayıb. Müttəhimləri 14 ildən 30 ilədək həbs gözləyir. Orta məktəbin 7-ci sinfində oxuyan M.Ç. ötən ilin noyabr ayında oxuduğu məktəbdə təhsil alan, evdən qaçmış 14 yaşlı E.K. ilə görüşdü. Şəhərin mərkəzi parkında gəzişən M.Ç. və E.K. sonradan internet kafeyə gediblər. M.Ç. burada Facebook statusunda Küçədə gecələmək istəyən adam varmı? statusunu yazıb. Bu statusdan sonra M.Ç.-nin bir neçə ay əvvəl tanış olduğu 15 yaşlı K.A.S. bizə gəlin, əylənərik təklifini verib. M.Ç. və E.K. kafedən çıxaraq K.A.S. və 17 yaşlı G.A. ilə görüşüblər. Onlar G.A.-nın yaşadığı mənzilə yollanıblar. Evdə onları U.K. gözləyirdi. Burada gənclər nəşə çəkiblər, Astral səyahət filminə baxıblar. U.K. 13 yaşlı qıza astral səyahət təklif edib, təklif qəbul olunub. Bu zaman 13 yaşlı M.Ç.-ya deyilib: Sənin bədəninə cin yerləşib. O cini yalnız astral səyahət vasitəsilə çıxarmaq olar. Çox qısa müddətli səyahətə çıxmalısan. Döz, cini çıxaraq. Səyahət M.Ç.-nin burnu və ağzının tutulub onun nəfəs almasına qısa müddətdə maneələr yaradılması idi. Huşunu itirən M.Ç. ayılanda ondan Nə gördün? soruşublar. M.Ç. da iki uşaq, üç göz gördüm deyəndə mənzildəkilər Üç göz qətl, oğurluq və cinsi əlaqədir: bunlardan birini seçib etməsən, ruhun bədənindən ayrılacaq deyiblər. M.Ç. cinsi əlaqəyə vadar olunub. 13 yaşlı qızı əvvəlcə G.A., sonra isə U.K., E.K. və K.A.S. zorlayıblar. Ertəsi gün M.Ç.-yə yenə nəşə, tiryək verilib, qız təkrarən dəfələrlə zorlanıb. Polis bu şəxsləri həbs edib. M.Ç. polisə verdiyi ifadəsində bildirib ki, bu olaydan əvvəl onu K.K.K. və M.T.Y. məktəbin yeməkxanasında, daha sonra T.Ö. isə bazardakı ayaqyolunda zorlayıb.
Posted on: Sat, 22 Feb 2014 13:38:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015