Təbii meyvə şirələri Təbii şirələr vitamin və - TopicsExpress



          

Təbii meyvə şirələri Təbii şirələr vitamin və mikroelementlərlə zəngindir. Onlar insan orqanizmi üçün çox faydalıdır, insanın immun sistemini möhkəmləndirir, bütün orqan və sistemlərinə müsbət təsir edir. Təbii şirələrin istifadəsi hətta müalicəvi effekt verir. Şirələri tam yetişmiş meyvə və tərəvəzlərdən hazırlayırlar. Xarab meyvə və tərəvəzlərdən şirələri hazırlamaq olmaz! Təbii şirələri hazırladıqdan dərhal sonra içmək lazımdır. 2 saatdan çox qalan təbii şirədə (soyuducuda saxlanılsa belə) vitaminlər, demək olar, yox olur. Uşaqlar və xəstələr üçün şirələri şirəçəkən maşınlarda hazırlamaq məsləhət deyil. Meyvə və ya tərəvəzi sürtgəcdən keçirin, sonra isə alınmış kütləni bir neçə qat tənzif parçadan süzün. Bu halda bütün vitamin və mikroelementlər şirədə qalacaq.
Posted on: Mon, 23 Sep 2013 18:42:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015