Təhsil Nazirliyi “Facebook” və “Twitter”də Simsar.az - TopicsExpress



          

Təhsil Nazirliyi “Facebook” və “Twitter”də Simsar.az xəbər verir ki,Təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə daha bir yenilik tətbiq olunacaq. Facebook (facebook/tehsil.gov.az ) və Twitter (https://twitter/tehsilgovaz ) sosial şəbəkələrində Təhsil Nazirliyinin rəsmi səhifələri yaradılıb. Nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər bu səhifələrdən də əldə edə bilərlər. Nazirlik bəyan edib ki, yalnız yuxarıda qeyd olunan ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir. Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfə vətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulur. Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə Nazirliyin rəsmi elektron poçt ünvanlarına ([email protected], [email protected]) göndərsinlər. Təhsil Nazirliyinin rəsmi internet saytında Nazirliyin Facebook və Twitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilib.
Posted on: Mon, 08 Jul 2013 08:07:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015