Təklik bəlkə də dünyanın ən pis anlayışıdır.Lakin - TopicsExpress



          

Təklik bəlkə də dünyanın ən pis anlayışıdır.Lakin bəzən heç cür tək qala bilmədiyindən şikayət edib, təkliyə təriflər sadalayan insanlar da az deyil. Şübhəsiz, ideal olanı insanın istədiyi zaman tək qala bilməsi, istədiyində də təkliyindən sıyrılıb digər insanlar arasına qarışa bilməsidir. Təkliklə tək başına olmanın bir- birindən ayrılması lazımlıdır.Təklik və tək başına olmaq bir-birindən fərqli, tamamilə ayrı vəziyyətləri təyin etmək üçün istifadə edilən sözlərdir. Tək qalmaq, adamın öz seçkisində olan bir şeydir. Bir çox insan gündəlik həyatın stressindən ayrılmaq üçün, hobbilərinə ya da kitab oxumağa zaman ayıra bilmək üçün bir müddət tək başına qalmağı seçir. Bu davranış, adamın özünü yeniləyə bilməsi və fərdi fəaliyyətlərinə zaman ayıra bilməsi üçün lazımlı bir davranış formasıdır.Bu halda insanlar tək başına qaldıqları və özlərinə zaman ayıra bildiklərində xoşbəxt və dinc olarlar. Təklik özü isə insanın duyğuları ilə əlaqələnir.Belə deyək medalyon götürsək və onun1 üzünü tək qalmaq,digər üzünü təklik seçsək onda belə çıxar ki təklikdən əziyyət çəkən insanlar medalyonun təklik duyğusu olan hissəsindən nəsibini alan insanlardırlar.Duyğularında boşluq yaşayan və əziyyət çəkən insanlar təklik hissinə daha tez qapanırlar.Bunları 1 qədər zəif insanlar da adlandıra bilərik. Təklik ümumi anlamda termin olaraq 1 mənalı olsa da onu yaşayan insanlar üçün dəyişir. Çünki, duyğular haradasa hər insanda fərqli yaşanır; insanlar dəyişik vəziyyətlərə dəyişik reaksiyalar verir. Bununla birlikdə ümumi bir çərçivə çəkildiyində təkliyi müxtəlif növlərə ayırmaq mümkündur..
Posted on: Fri, 05 Jul 2013 06:13:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015