Təkəbbürün əsirləri... Dünyada kifayət qədər adam - TopicsExpress



          

Təkəbbürün əsirləri... Dünyada kifayət qədər adam tapılar ki, İlahi varlığın mövcudluğunu qəbul etməsin. Ancaq onlarla işimiz yox. Bizi daha çox Allahın varlığını qəbul edən, Ona inanan, lakin ilahi buyruqlara əməl etmək məqamı çatanda biganə olanlar maraqlandırır. Belələrinin hansı əsaslarla namaz qılmaması, oruc tutmaması və sair günahlara batmasının səbəbləri çoxşaxəlidir. Lakin təkəbbürünü boğmağı bacarmayanlara da rast gəlmək mümkündür. Bəzən onlar səcdəyə qapanmağı, əl açıb yalvarmağı öz xislətlərinə sığışdırmırlar. Daha düşünmürlər ki, kiminsə qarşısında deyil, Yaradanın, məhz onları yoxdan var edənin hüzurunda təzim edirlər. Quranda təkəbbürün qurbanlarına çevrilənlər haqqında belə buyurulur: “Allah Ona ibadət etməyi özünə ar bilənlərin və lovğalıq edənlərin hamısını öz hüzüruna toplayacaqdır!.. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və lovğalıq edənləri isə acı bir əzaba düçar edəcəkdi! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqdırlar!” (“Nisa”,172-173) Bəziləri hətta gecələr və yaxud yalqız qalanda xəlvətə çəkilərək öz Rəbblərinə üz tuturlar. Bu zaman da çox çalışırlar ki, onları heç kəs görməsin. Allahın bu yalvarışları qəbul edib etməməsi barədə fikir yurütmək bəndəlik missiyası ilə dünyaya gələnlərin səlahiyyətində deyil. Kim bilir, bəlkə cəmiyyət qarşısında lovğalıqları müqabilində acız qalanların bir qismi Yaradanın Rəhim və Rəhman olmasını həyatlarının son anlarında anlayacaqlar. Bəzi hədislərdə Tanrının bir əmələ görə bəndəsini bütün digər günahlarından keçməsi ideyasına rast gəlirik. Kim bilir... Ancaq bir şey dəqiqdir: hazırda Allahın varlığına bütün qəlbi ilə inanan, imkan daxilində günahlardan çəkinən, lakin təkəbbürlərinin əsirinə çevrilən, elə bu səbəbdən də namaz qılmayan, məscidə getməyən, oruc tutmayan insanlara daha bir şans verilib. Bəlkə də, bu, sonuncu şansdır. Canim.az. Mesume.
Posted on: Fri, 09 Aug 2013 17:18:44 +0000

Trending Topics



of Japans nuclear power regulator says 2015 will be
JEHOVAH GOD deeply cares for us and wants us to benefit from his

Recently Viewed Topics




© 2015