Tərcümeyi-halınızı (rezyumenizi) “Education&Career 2013” - TopicsExpress



          

Tərcümeyi-halınızı (rezyumenizi) “Education&Career 2013” sərgisinə gətirin və təqdim edin. Hər bir şirkətin uğuru ilk növbədə onun kadr resurslarından asılıdır və bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətin qarşısında ixtisaslı kadr seçimi kimi mühüm problem durur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisinin məqsədi bu problemin həllinə kömək etməkdir. Bu il sərgi 4-6 oktyabr tarixində Bakının mərkəzi mehmanxanalarından biri olan “JW Marriott Absheron Baku” otelində keçiriləcək. “Karyera” sektorunda Azərbaycanın aparıcı şirkətləri, telekommunikasiya, neft-qaz, energetika və tütün istehsalı sahələrində iş yerləri təklif edən “Azercell”, “ВР”, “UNIBANK”, ARDNŞ və “JTI” kimi iri işəgötürən şirkətlər iştirak edəcəklər. Həmçinin, bu il “Education&Career” sərgisində “HRC” kimi işədüzəltmə şirkətləri ilə yanaşı, Xəzər regionunun aparıcı sərgi və konfrans təşkilatçısı - “Iteca Caspian” şirkəti də ilk dəfə iştirak edir. “Iteca Caspian” şirkəti tədbirlərin təşkili sahəsində işləmək istəyən bacarıqlı şəxsləri 1042 saylı stendinə dəvət edir. “Təhsil və Karyera” sərgisində iş axtaran şəxslər məşğulluqla bağlı pulsuz məsləhətlər almaq, iş təklifləri ilə tanış olmaq, anket doldurmaq, eləcə də sərgidə təqdim olunan şirkətlərin Kadrlar şöbəsinin işçiləri ilə ilkin birbaşa müsahibələrdən keçmək imkanı əldə edəcəklər. Bir sözlə, “Təhsil və Karyera” sərgisi ziyarətçilər üçün işəgötürənlərlə birbaşa ünsiyyət sayəsində iş tapmaq baxımından əla imkandır. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər.
Posted on: Tue, 24 Sep 2013 12:44:41 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015