Təzə bir xəbərlə sabahınız xeyir, gözünüz isə aydın - TopicsExpress



          

Təzə bir xəbərlə sabahınız xeyir, gözünüz isə aydın olsun! Paylaşın, sonra oxuyun! Xalqına yaman zülmlər edən bir şah var imiş. Bir gün şah fikirləşir ki, bu xalqa etmədiyim bir zülm qalmayıb, amma yenə də xalqın bir nəfərindən belə olsun səs çıxmır, etiraz etmir. Şah fikirləşir ki, xalqı oyatmaq lazımdır, çünki birdən düşmən hücum edər, düşmənə də dinməzlər. Və artıq şah xalqa ikiqat zülmlər etməyə başlayır: vergiləri qaldırır, iş saatlarını artırır, maaşlarını kəsir və s. Amma yenə də xalqından bir səs çıxmır, bir etiraz edən olmur. Şah vəzirə əmr edir ki, şəhər qapısına 2 adam qoysunlar; gələni də döysünlər, gedəni də. Belə edirlər. Bir müddət keçir, şah xalqı meydana toplayır. Xəbər almaq üçün deyir ki, bəlkə kiminsə şikayəti olar, buyursun söyləsin. Amma yenə də heç kimdən bir səs çıxmır. Sonda bir nəfər deyir ki, şah sağ olsun, mənim bir şikayətim var. Şah sevinir ki, aha deyəsən xalqda bir oyanış var deyə fikirləşir və şah da deyir buyurun, eşidirəm sizi. Həmin adam deyir ki, hörmətli şahım, aləmin sağ olsun, hər şeydən razıyıq, amma o şəhərin qapısında 2 nəfər qoymusunuz. Onlar döyüb çatdıra bilmirlər, uzun növbə yaranır, bu bizi narahat edir. Xahiş edirəm, mümkünsə o 2 nəfəri 5-6 nəfər edin. Nə etsələr də biz etiraz edən deyilik, bizdən bir səs çıxan deyil! P.S. İndi bizim xalqımız da deyəsən həmin xalqın copy-paste formasıdır. Nə etsələr də pozulmuş haqları uğrunda mübarizə aparmırlar, etiraz etmirlər. a) Öncə azadlıqları əlindən alındı, bir dillənən olmadı. SÖlkə miqyasında etiraz edən 5-10 nəfər olursa da, onların da qollarını qandallayıb göndərirlər dörd divar arasına (Birlik olsa belə olmaz!) və buna davam edilir. b) Sonra maddi cəhətdən xalqa divan tutdular, yenə bir səs çıxmadı, ümidlərini 25-30%-li kreditlərə bağladılar. c) Daha sonra xalqa Şou TV programları ilə mənəvi divan tutuldu, qərbin və avropanın əxlaqsız verliş və seriallarını tv-lərdə yayımladıldı, mentalitetlərini, milli-mənəvi dəyərlərini yavaş-yavaş əllərindən almağa başlanıldı (hələ də davam edilir), yenə də bir səs çıxmadı və həvəslə həmin seyrə davam edirlər. d) Sonra ərzaq qiymətləri, qida məmulatlarının qiymətləri bir neçə dəfə qaldırıldı, yenə dillənən olmadı, əvəzində dükan və marketlərin nisyə, borc dəftərlərinin sayı bir neçə dəfə artdı. e) Bütün bu artımların fonunda (2013 prezident seçkilərinə qədər) nə pensiyonerlərin, nə müəllimlərin, nə həkimlərin maaşları artırılmadı. (Aşağı-yuxarı 120-180 manat maaş alınır ölkədə.) Əvəzində polis işçilərinin maaşı bir neçə dəfə artırıldı, 700-800 manata çatdırıldı. Yenə də bir səs çıxmadı. f) Yalnız prezident seçkiləri ərəfəsində xalqın başını aldadıb səs vermələri üçün pensiya və maaşlar itin qabağına sümük atıldığı kimi 10% artırıldı. Seçkidən sonra divan tutmalara yenidən başlanıldı, amma yenə də xalqdan bir səs çıxmadı. [Yəqin ona görə səs çıxmır ki, xalq deyir mən siyasətə qarışmıram, ölkəmiz sürətlə inkişaf edir, mərmər parkların, tunc və bürünc heykəllərin sayı getdikcə çoxalır, son 10 ildə ölkəmizdə 1.5 mln-dan çox iş yerləri açılıb və s.] g) ... və nəhayət dünən gecə yarısı Tarif Şurası tərəfindən mobil yanacaqların qiymətləri nə az nə çox, düz 30% artırıldı! (Niyə gecə yarısı? Çünki keçənlərdə axşama doğru qiymət qaldırılma xəbəri eşidiləndə, bütün yanacaqdoldurma məntəqələri az-qala aşıb daşırdı edilən hücumlara, basqınlara görə.) Neft ölkəsi ola-ola, dünyaya neft satan bir ölkə ola-ola xalqına qarşı bu cür amansızlıq edilib yanacaq qiymətlərini qaldırıldı. P.P.S. Ümid edirəm ki, bu dəfə də belə səssiz şəkildə bununla barışmayacaqlar. İşdi əgər buna da səssiz yanaşılsa, mən siyasətə qarşımıram, onsuz da bizim deməyimizlə bir şey dəyişməz və s. desələr, o zaman yuxarıda bəhs olunan hekayənin tamamilə ölkəmizə transfer olunduğu qənaətinə gələrəm. Şəhərin girişində isə 2 adamın əvəzinə ölkədə az qala adambaşına düşən 1-2 polis nəfərləri yetərli olacaq! Ondan sonrası isə Allaha təvəkkül edilmiş olar. Yazdı: Seyidəkbər Əsgərov
Posted on: Tue, 03 Dec 2013 05:46:41 +0000

Trending Topics




© 2015