Təşəkkürlər Turab Gurbanov Prezidentimi dəstəkləməyimin - TopicsExpress



          

Təşəkkürlər Turab Gurbanov Prezidentimi dəstəkləməyimin 300 səbəbi: 1. Ümummilli Liderin siyasi kursunu davam etdirdi 2. Ümummilli Liderin xalqımıza ərməğanı olan dövlətçiliyimizi layiqincə qorudu 3. Hər zaman xalqının yanında oldu 4. Ancaq xalqına güvəndi və kənarda dəstək axtarmadı 5. Ölkənin hər qarışında təhlükəsizliyi və asayişi təmin etdi 6. Adambaşına düşən ümumi daxili məhsulu 7 dəfə artırdı 7. 1 milyon 200 min yeni iş yeri açdı 8. Yoxsulluq səviyyəsini 44 faizdən 4 faizə endirdi 9. Büdcə gəlirlərini 16 dəfə artırdı 10. Strateji valyuta ehtiyatları 30 dəfədən çox artırıldı 11. Sənaye istehsalı 3 dəfəyədək artdı 12. Kənd təsərrüfatı istehsalı 3.3 dəfə artdı 13. Orta aylıq əmək haqqını 6 dəfəyədək artırdı 14. Əhalinin pul gəlirlərində 6.5 dəfə artım oldu 15. Manatı dünyanın ən dəyərli beş valyutasından birinə çevirdi 16. Xarici ticarət dövriyyəsini 6.6 dəfə artırdı 17. İnflyasiya birrəqəmli oldu 18. Ölkədə dayanıqlı bank sistemi formalaşdı 19. Hərbi xərcləri 23 dəfə artırdı 20. Müdafiə sənayesini yaratdı 21. Güclü hərbi hava qüvvələri yaratdı 22. Ermənistan üzərində əzici hərbi üstünlük əldə etdi 23. Hava hücumundan etibarlı müdafiə yaratdı 24. Hərbçilərin mənzillə təminatı başladı 25. Regionda ən yaxşı təchizata malik sərhəd xidməti yaratdı 26. Xəzərdə ikinci ən güclü donanma yaratdı 27. Bölgədə strateji balansı dəyişən silahlar alındı 28. Xarici siyasətdə yeni mərhələ başlatdı 29. Xaricdəki səfirliklərin sayını 3 dəfəyədək artırdı 30. Diplomatik kadrlar hazırlayan akademiya yaratdı 31. Azərbaycanı regionun liderinə çevirdi 32. Sürix protokollarının həyata keçirilməsinə imkan vermədi 33. Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf etdi 34. Ölkəmiz Avropanın regiondakı əsas tərəfdaşı oldu 35. Azərbaycan BMT təhlükəsizlik şurasına seçildi 36. Türk dünyasının birliyi xarici siyasətdə əsas yer tutdu 37. 2008-ci ilin avqust böhranı: Azərbaycan xarici siyasəti daha bir kritik mərhələni uğurla keçir 38. İslam ölkələri ilə əlaqələr möhkəmləndirildi 39. Regionları dirçəldən iki dövlət proqramı reallaşdırdı 40. Bölgələrə 27 milyard manata yaxın yatırım qoyuldu 41. Kütləvi işsizlik problemini aradan qaldırdı (regionlarda 700000 iş yeri açıldı) 42. Minlərlə sosial obyekt tikildi 43. Ölkə boyu su və kanalizasiya xətlərinin çəkilməsinə başlanıldı 44. Kənd yollarının 80 faizini abadlaşdırdı 45. Blokada şəraitində olan bölgəni inkisaf etdirdi 46. Hakimlərin sayını artırdı, hakim seçimini şəffaflaşdırdı 47. Ölkədə ilk dəfə inzibati iqtisad məhkəmələri yaratdı 48. Məhkəmələrə yeni binalar tikildi 49. Konstitusiya islahatları aparıldı 50. Regionlarda əhalinin məhkəmələrə müraciət imkanları asanlaşdı 51. Eks-prezidentlər haqqında qanun qəbul edildi 52. İnsan haqlarına dair iki Milli Konsepsiya qəbul etdi 53. Məhbusların şəraiti standartlara uyğunlaşdırıldı 54. Minlərlə məhbus cəzadan azad olundu 55. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrildi 56. Baki-Tbilisi-Qars dəmiryolunu çəkdirdi 57. “SOCAR”ı qlobal şirkətə çevirdi 58. Azərbaycanı investor ölkə etdi 59. Dövlətimiz dünyanın iri şəhərlərində daşınmaz əmlak sahibi oldu 60. Ölkənin imicini möhkəmləndirən humanitar yatırımlar qoyuldu 61. Neft hasilatı 3 dəfə artdı 62. Neftdən 78 milyard dollar gəlir əldə olundu 63. Qaz hasilatında 5.6 dəfə artım əldə edildi 64. Azərbaycanı qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə çevirdi 65. Qazlaşdırmanın səviyyəsi 95%-ə çatdırıldı 66. 14 yeni elektrik stansiyası tikildi 67. Azərbaycanı elektrik enerjisi ixracatçısına çevirdi 68. Alternativ enerji mənbələri strategiyası yaratdı 69. Külək və günəşdən elektrik enerjisi alınması başladı 70. Ölkədə uzunmüddətli enerji təhlükəsizliyini təmin etdi 71. Sənayedə 3 dəfəyədək real artıma nail oldu 72. Ölkədə güclü emal sənayesi yaratdı 73. Üzümçülüyü dirçəldən zavod açıldı 74. Bölgədə ən iri meyvə emalı müəssisəsi açıldı 75. Qida sənayesində böyük inkişafa nail oldu 76. Kimya sənayesini yenidən qurdu 77. Maşınqayırma kompleksini tənəzzüldən xilas etdi 78. Sumqayıt texnologıyalar parkını yaratdı 79. Metallurgiya sənayesini yenidən qurdu 80. Azərbaycanda qızıl, gümüş və mis istehsalını başlatdı 81. Cənubi Qafqaz və Orta Asiyada ilk metanol zavodu açıldı 82. Bakı ətrafında Sənaye Parkının təməli qoyuldu 83. Quşçuluq sənayesi bərpa olundu 84. Ölkəni sement ixracatçısına çevirən potensial yaratdı 85. Kənd təsərrüfatında 3.3 dəfə artım oldu 86. Kəndlilərə yüz milyonlarla manat əvəzsiz yardım ayırdı 87. Fermerlərə 1 milyard manatdan çox güzəştli kreditlər verdi 88. Bitkiçilik məhsullarının istehsalında artımlar oldu 89. Respublikanın ərzaq təhlükəsizliyini təmin etdi 90. Əhali daha keyfiyyətli qidalanmağa başladı 91. Minlərlə fermer dövlətdən güzəştli şərtlərlə yeni texnika aldı 92. Əsas ərzaq məhsullarının istehsalı dəfələrlə artdı 93. Kənd təsərrüfatı məhsullarını saxlamaq üçün onlarla anbar tikildi 94. Təhsilə ayrılan xərcləri 6 dəfə artırdı 95. Yeni təhsil ocaqları istifadəyə verildi 96. Ali təhsil müəssisələri boloniya prosesinə qoşuldu 97. Şagirdləri pulsuz dərsliklərlə təmin etdi 98. Məktəbləri kompyuterləşdirdi 99. Dövlət hesabına xaricdə təhsil proqramını təsdiq etdi 100. Ucqar kənd məktəblərinə minlərlə müəllim göndərildi 101. Peşə təhsilinin nüfuzunu qaldırdı 102. Qeyri-neft sektorunda 2.7 dəfə artım oldu 103. Qeyri-neft sektoruna qoyulan yatırımlar işsizliyi aradan qaldırdı 104. “Holland sindromu” barədə fikirləri alt-üst etdi 105. İxrac potensialı dəfələrlə artdı 106. Vergi yığımında qeyri-neft sektoru neft sektorunu üstələdi 107. İki yeni qeyri-neft sektoru sahəsi yarandı və inkişaf etdi 108. Kiçik sahibkarlıq inkişaf etdirildi, xidmət sektoru böyüdü 109. Qeyri-neft sənayesində sürətli inkişaf dövrü başlatdı 110. “ASAN xidmət”i yaratdı 111. “Bir pəncərə” prinsipini tətbiq etdi 112. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı 113. Əmanətlərin Sığortalanması Fondu yaradıldı 114. Miqrasiya siyasətini tənzimləyən xidmət yaradıldı 115. Müdafiə Sənayesi Nazirliyi yaradıldı 116. Mülki aviasiyanı tənzimləyən Dövlət Administrasiyası yaradıldı 117. Sənayedə və energetikada idarəetməni təkmilləşdirdi 118. Fövqəladə hallara qarşı güclü nazirlik yaratdı 119. Səhiyyəyə ayrılan xərcləri 11 dəfə artırdı 120. Genişmiqyaslı səhiyyə islahatları aparıldı 121. Yüzlərlə səhiyyə müəssisəsi yenidən quruldu 122. Ana və uşaq ölümü halları azaldıldı 123. Gənc tibb mütəxəssisləri xaricdə təcrübə keçməyə başladı 124. Səhiyyə sahəsində 9 ayrı Dövlət Proqramı reallaşdırıldı 125. Kənd regionlarında müasir müalicə-diaqnostika mərkəzləri tikdirdi 126. QHT-lərə ayrılan vəsaitləri hər il artırdı 127. Azərbaycan ilk dəfə xarici QHT-lər üçün donor ölkə oldu 128. Siyasi partiyaların dövlət büdcəsindən maliyyləşdirilməsini başlatdı 129. Vətəndaş cəmiyyətinə dəstək üçün ilk dəfə milli donor institutu yaratdı 130. Mətbuata dövlət dəstəyi mexanizmi yaratdı 131. Mediaya milyonlarla manat yardım ayırdı 132. İnternet azadlığı təmin olundu, onlayn media inkişaf etdi 133. Jurnalistlərin mənzillə təmin olunmasını başlatdı 134. Dünyanın dörd bir yanında diaspora qurumları yarandı 135. Xarici ölkələrdə azərbaycandilli məktəblər açıldı 136. Azərbaycan həqiqətləri dünyaya çatdırıldı 137. Mədəni irsinin təbliğində diasporun rolu artdı 138. İKT sektorunda gəlirlər 6 dəfə artdı 139. İnformasiya texnologiyalarının inkişafı fondunu yaratdı 140. İlk telekommunikasiya peyki orbitə çıxarıldı 141. Texnoloji inkişafa imkan verəcək universitet yaratdı 142. İnternet istifadəçilərinin sayı 10 dəfə artdı 143. Mobil abunəçilərin sayı 9 dəfə artdı 144. Yaşayış məntəqələri tam telefonlaşdırıldı 145. Trans - Avrasiya informasiya dəhlizinin əsası qoyuldu 146. Elektron hökumət formalaşdırdı 147. İlk dəfə ekoloji böhran təhlükəsini aradan qaldıran planı qəbul etdi 148. Məişət tullantılarının yandırılması zavodu tikildi 149. “Təmiz Şəhər” yaratdı 150. Neftlə çirklənmiş torpaqlar təmizləndi 151. Evlərə ekoloji təmiz içməli su çəkildi 152. Xəzərin çirklənməsinin qarşısını alan layihələr həyata keçirdi 153. Sumqayıtı ekoloji böhrandan xilas etdi 154. Xəzərin nadir balıq növlərinin qorunmasına dəstək verildi 155. 2010-cu ili “Ekologiya ili” elan etdi 156. Azərbaycan meşələrə dair qiymətləndirmədə dünya lideri oldu 157. Kür daşqınlarda insan tələfatina imkan vermədi 158. Daşqından ziyan çəkən minlərlə evi yenidən tikdirdi 159. Yeni daşqın riskini aradan qaldırdı 160. Zəlzələdən dağılmış minlərlə ev yenidən tikildi 161. Nəqliyyatda istehsal həcmi 5 dəfəyədək artdı 162. Nəqliyyat sektoruna 14 milyard dollara yaxın investisiya qoyuldu 163. Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi yolu yenidən quruldu 164. Ələt-Astara-İran sərhədi yolu yenidən quruldu 165. Baki-Quba-Rusiya sərhəd yolu yenidən quruldu 166. Yükdaşımaların həcmi 2 dəfəyədək artdı 167. Nəqliyyat sisteminin yeni inkişaf dövrünü başlatdı 168. Beynəlxalq hava limanlarının sayını 6-ya çatdırdı 169. AZAL-ın təyyarə parkı tam yeniləndi 170. Hava nəqliyyatında sərnişin daşımaları iki dəfəyədək artdı 171. Bakıda yeni aerovağzal kompleksinin tikintisi başladı 172. İpək Yolunun mühüm tranzit ölkəsi statusunu möhkəmləndirdi 173. Metronun uzun müddətli inkişaf konsepsiyasını qəbul etdi 174. Yeni metro stansiyaları açıldı, bəziləri yenidən quruldu 175. Dəmir yolu nəqliyyatı sisteminin yenidən qurulmasını başlatdı 176. Bakını böyük nəqliyyat və logistika mərkəzinə çevirəcək tarixi addım atdı 177. Dəniz nəqliyyatı donanması yeniləndi 178. Dəmir yolu ilə daşımalardan əldə edilən gəlir iki dəfəyədək artdı 179. Bakı-Tbilisi-Ceyhan kəmərini işə saldı 180. Azərbaycan qazını ilk dəfə Türkiyə bazarına çıxardı 181. Türkiyə ilə Azərbaycanı birləşdirən yeni qaz kəmərinin əsasını qoydu 182. Avropaya qaz nəqli üçün ən sərfəli dəhliz seçildi 183. Rusiyadan qaz almağı dayandırdı, Azərbaycan qazının Rusiyaya ixracı başladı 184. Ölkədə tikinti quruculuq dövrü başladı 185. Tikinti materiallarının istehsalı 4.6 dəfəyədək artdı 186. 15 milyon kvadratmetrdən çox mənzil sahəsi tikildi 187. Tikinti materiallarında son texnologiya ölkəyə gətirildi 188. Avropanın nüfuzlu markası altında yerli istehsal başladı 189. Hər cür tikinti işlərini həyata keçirə bilən iri yerli şirkətlər yarandı 190. Azərbaycanı turizm ölkəsinə çevirdi 191. Mehmanxanaların sayı 5 dəfədən çox artdı 192. Dünyanın ən məşhur hotel brendləri Azərbaycana gəldi 193. Regionda turizm paytaxtı yaratdı 194. Peşəkar turizm kadrlarının hazırlanmasını başlatdı 195. Qış turizminin əsasını qoydu 196. Azərbaycan kurortlarının şöhrətini geri qaytardı 197. 2011-ci ili “Turizm ili” elan etdi 198. Ölkəmiz ən böyük turizm tədbirlərinə ev sahibliyi etdi 199. Ölkəyə il ərzində gələn xarici turistlərin sayı 2 milyona çatdı 200. Azərbaycan muğamı dünyayada tanındı 201. “Eurovision” Bakıya gəldi 202. Mədəni irsimiz dünya səviyyəsində qorundu 203. Muzey işini inkişaf etdirdi 204. Şəhərlərimizi mədəniyyət paytaxtına çevirdi 205. Teatr sənətini inkişaf etdirdi 206. Kitabçılıq sahəsində geriləmənin qarşısı alındı 207. Kitabxanaların inkişafı üçün Dövlət Proqramı qəbul etdi 208. Latın qrafikasında kütləvi nəşrlər həyata keçirildi 209. Mədəniyyətə ayrılan vəsaitləri 7 dəfəyədək artırdı 210. Milli kino sənətində yeni inkişaf mərhələsini başlatdı 211. Kino sənayesi dirçəldi, ilk dəfə milli seriallar çəkildi 212. Zəngin musiqi irsimizi təbliğ edən ənənəvi beynəlxalq festivallar keçirildi 213. Tarix-mədəniyyət abidələrinin qorunması və bərpası proqramlarını başlatdı 214. Gənclər shəsində xüsusi proqramlar qəbul etdi 215. Gənclər evləri tikdirdi 216. Gənclərə dəstək fondu yaratdı 217. Gənclər təşkilatlarına dəstəyi artırdı 218. Gəncləri işlə təmin etdi 219. Ölkədə ilk dəfə Gənclər üçün Prezident Mükafatı təsis etdi 220. Dövlət qulluğunda gənclər irəli çəkildi 221. Bütün ölkə boyu müasir idman infrastrukturu yaratdı 222. Beynəlxalq yarışları Azərbaycana gətirdi 223. Olimpiya hərəkatını yeni mərhələyə qaldırdı 224. Hər olimpiadada medal sayı artdı 225. Paralimpiya medalları 6 dəfə artdı 226. Qeyri-olimpiya növlərində medalların sayı 4 dəfə artdı 227. Rekord sayda ölkənin iştirakı ilə boks çempionatı keçirildi 228. Futbolun inkişafına dair dövlət proqramını qəbul etdi 229. Futbol komandalarımız ilk dəfə beynəlxalq uğurlar qazandı 230. Azərbaycanda ilk dəfə qızlar arasında dünya futbol çempionatı keçirildi 231. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi hüququ qazandı 232. Bakıda Qafqazın ən iri stadionunun təməlini qoydu 233. 2012-ci il ölkəmizin tarixinə idman ili kimi düşdü 234. Şəhərin elektrik şəbəkəsi tamamilə yeniləndi 235. Ətraf qəsəbələrdə qazlaşdırma başa çatdırıldı 236. Paytaxt simasını dəyişdi 237. Bakı bulvarını yenidən qurdu 238. Paytaxtı nəqliyyatın iflici təhlükəsindən xilas etdi 239. Çoxsaylı piyada keçidləri tikildi 240. Hava limanını paytaxtın mərkəzi ilə birləşdirən yol yenidən quruldu 241. Bakı dairəvi avtomobil yolu çəkildi 242. Bakıda dünyanın ən yüksək bayraq qülləsini tikdirdi 243. Oğuz dağlarından Bakıya su çəkdi 244. Kanalizasiya və su sistemi yenidən quruldu 245. “Qara şəhər”in yerində “Ağ şəhər”in əsasını qoydu 246. “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış sistemi yaradıldı 247. Paytaxt və ətraf qəsəbələrdə sahibkarlara güzəştli kreditlər verildi 248. Qəsəbə və kəndarası yolları asfaltlaşdırdı 249. Müasir mədəniyyət mərkəzləri istifadəyə verildi 250. Bakının yeni memarlıq simvolları yarandı 251. Bakı və ətraf qəsəbələri inkişaf etdirən Dövlət Proqramları qəbul etdi 252. İçəri Şəhəri milli-mədəni irsimizin təbliği mərkəzinə çevirdi 253. Çadır şəhərciklərini ləğv etdi 254. On minlərlə qaçqın ailəsinə ev verdi 255. İşğaldan azad olunmuş ərazilərdə minlərlə ev bərpa olundu 256. On minlərlə məcburi köçkünü işlə təmin etdi 257. Fin qəsəbələri ləğv edildi 258. Məcburi köçkünlər arasında yoxsulluq 5 dəfə azaldı 259. 150 mindən çox məcburi köçkün güzəştli maliyyələşmədən yararlandı 260. Hücum diplomatiyası başlatdı 261. Danışıqlarda qətiyyətli mövqe ortaya qoydu 262. BMT-də Ermənistanı işğalçı kimi tanıtdı 263. Ermənistanı geri addım atmağa məcbur etdi 264. Avropa qurumları işğal faktını tanıdı 265. Ermənistanın regionda təcrid olunmasını davam etdirdi 266. Xocalı soyqırımının tanınması üçün beynəlxalq kampaniya başlatdı 267. Kimsəsiz uşaqlara pulsuz təhsil imkanı yaratdı 268. Uşaqların problemlərinə dövlət diqqəti artdı 269. Kimsəsiz uşaqların ailələrə verilməsi proqramını başlatdı 270. Ailə və uşaq mərkəzləri büdcədən maliyyələşdirildi 271. Ailədaxili zorakılığa qarşı hüquqi mübarizə başlatdı 272. Elmə ayrılan xərclər 4.5 dəfədən çox artdı 273. Azərbaycan elmində genişmiqyaslı islahatlar başlatdı 274. Elmin İnkişafı Fondunu yaratdı 275. Elm sahəsində çalışanların maaşı atırıldı 276. Elmi müəssisələrin maddi-texniki bazası yeniləndi 277. Ana dilinin qorunmasına dair Dövlət Proqramını təsdiqlədi 278. Sahibkar qadınlara dəstək verdi 279. Qadınların məşğulluq imkanlarını artırdı 280. Azərbaycan BMT-nin “Gender bərabərliyi” indeksində ön sıralarda 281. Gender bərabərliyini strateji məqsədlərdən birinə çevirdi 282. Gender bərabərliyini təminat altına alan qanun qəbul edildi 283. Azərbaycanın yeni inkişaf dövrünün konsepsiyasını qəbul etdi 284. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirəcək 285. Yeni iqtisadi model formalaşdırılacaq 286. Elmi potensial və innnovativ fəaliyyət inkişaf edəcək 287. Ətraf mühitin qorunması əsas prioritetlərdən biri olacaq 288. Məcburi köçkünlərə yeni evlərin tikilməsi davam etdiriləcək 289. Qeyri-neft sektoru daha da inkişaf etdiriləcək 290. İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etdiriləcək 291. Nəqliyyat, tranzit və logistika infrastrukturu təkmilləşdiriləcək 292. Təhsil islahatları davam etdiriləcək 293. Qanunvericilik və struktur islahatları davam etdiriləcək 294. Səhiyyə islahatları davam etdiriləcək 295. Sosial müdafiə sistemi təkmilləşdiriləcək 296. Gənclərin potensialı və idmanın inkişafı davam edəcək 297. Gender bərabərliyi və ailənin inkişafına dəstək veriləcək 298. Söz və mətbuat azadlığı qorunacaq 299. Vətəndaş cəmiyyəti güclənəcək 300. Mədəni irsin qorunması diqqət mərkəzində olacaq
Posted on: Wed, 25 Sep 2013 07:31:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015