ULDUZ FALI QOÇ – Çalışın bu həftə alış-verişdən - TopicsExpress



          

ULDUZ FALI QOÇ – Çalışın bu həftə alış-verişdən uzaq durun. Qonşunuz baqqal Ramiz oğlunu evləndirməlidi, sizin yolunuzu gözləyir ki, gəlsəydiniz toy pulunu çıxardardı. BUĞA - Bu günə çox da möhtəşəm planlar qurmayın, onları reallaşdırmaq mümkün olmayacaq. Təbii ki, hamı istəyir şəhərdə 3-4 villası, 10-15 maşını, qardaşı olmayan sevgilisi olsun. Amma realist olmaq lazımdır. ƏKİZLƏR – Zarafat qabiliyyətinizi dəyərləndirəcəklər. Yəni, antroloqlar deyir ki, bu həftə sizin zarafatlarınıza da güləcəklər, həmin əks-cinsinizi çox da gözdən uzağa qoymayın, mümkün olsa, elə oradaca da evlənin, sizin zarafatlarınıza gülən bir də çətin tapılar… XƏRÇƏNG – İş tapa bilmirəm, evlənməyə doğru insanı tapa bilmirəm, münasib qiymətə paltar tapa bilmirəm, cibimə uyğun maşın tapa bilmirəm – deyib dərd eləməyin. Onsuz da hamımız öləcəyik, dünya malı dünyada qalacaq – cümlələri ilə özünüzə təsəlli verin. Yoxlamışıq, işə yarayır. ŞİR – Xarici görünüşünüzlə, bədən quruluşunuzla bağlı probleminiz varsa, sırf buna görə iş tapa bilmədiyinizi düşünürsünüzsə, heç kefinizi pozmayın. ANS kanalı elə sizlər üçündür. QIZ – Dövlətin sizə olan borcunu lotoreya alaraq geri qayıdacağını ümid edərək daha bir həftə keçirəcəksiniz. TƏRƏZİ – Statistikalar göstərir ki, tərəzi bürcü üçün yazılanları tərəzi bürcündən olan insanlardan daha çox tərəzi bürcündə olanları sevənlər oxuyur. Buna görə də, əziz sevənlər, bu həftə də sizin üçün çətin keçəcək, tərəzilər elə asan yola gələn deyillər. ƏQRƏB – Yaddaşınızla bağlı problemlər yaşayacaqsınız. Bu cümləni yadınızda saxlamağa çalışın. OXATAN – Bu həftə elə də əhəmiyyətli iş görə bilməyəcəksiniz. Ürəyinizi sıxmayın, bu günə qədərki həyatınızı yenidən gözdən keçirib təskinlik tapın, onsuz da bu həftəyə qədər də elə də əhəmiyyətli işlər görə bilməmisiniz. OĞLAQ – Əylənmək üçün yaxşı gündür. Amma məkan və insan seçimində ehtiyatlı olun. Bürcünüzdə əylənmək üçün yaxşı gündür – yazılıb deyə gedib onun-bunun arvadına yaxınlaşmayın. DOLÇA –Vaxtınızı küləyə sovurmasanız, gününüz məhsuldar keçər. Astroloqlar deyir ki, bütün günü Miri Yusif mahnıları dinləməyin, bir az da faydalı işlərlə məşğul olun. BALIQLAR - Bu həftə çox emosional keçəcək. Yer kürəsində son nümunələri qalan yasamal emoları ilə qarşılaşacaqsınız. Onları görən kimi qucaqlayın, növünün son nüsxələri olduqları üçün onları bağrınıza basın. - roshen :D
Posted on: Sat, 26 Oct 2013 12:24:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015