Ukraynanın paytaxtı Kiyevdə boks üzrə yeniyetmələr - TopicsExpress



          

Ukraynanın paytaxtı Kiyevdə boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə start verilib. Yarışın ilk günündə milli komandamızın 2 üzvü rinqə çıxıb. 46 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Hüseynov Vanuatu idmançısı Masinq Varavararı məğlub edib. Hər 3 hakim boksçumuzun qələbəsini qeydə alıb – 30:22, 30:22, 30:24. Elvin Məhərrəmov isə (75 kq) ilk mərhələdəcə yarışla vidalaşmalı olub. Həmyerlimiz Gürcüstan təmsilçisi Rati Tlaşadze ilə dueldən məğlub ayrılıb – 0:3 (27:30, 28:29, 27:30). Bu gün milli komandamızın daha 5 üzvü rinqə çıxacaq. 50 kq: Ümid Rüstəmov – Varinder Sinqh (AİBA) 66 Kq: Rövşən Musayev – Rayan Skayf (Yeni Zelandiya) 80 kq: Şükran Mehdiyev – Məhəmməd Aydın (Türkiyə) 70 kq: Hüseyn Tarverdili – Vardan Kosyan (Ermənistan) 57 kq: Pərviz Quliyev – Boburmirzo Tolibov (Özbəkistan) 48 kq: Elşən Qafarlı – Banal Hipolito (Filippin)
Posted on: Mon, 09 Sep 2013 19:19:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015