Uzanır danışıqlar, imzalanır sənədlər. Xəritədə - TopicsExpress



          

Uzanır danışıqlar, imzalanır sənədlər. Xəritədə aləmə göstərilir sərhədlər. Səsimizə səs verir Dünya başbilənləri, Umid sənədir ancaq, Azərbaycan əsgəri ! Dəyirmi masalarda izi var dirsəklərin, Ağla sığan söhbəti, sözü var dəstəklərin. Yardım bağlamasında özü var dəstəklərin, Lap ləl-cəvahir olsun hər yardımın dəyəri. Ümid sənədir ancaq, Azərbaycan əsgəri ! Diplomat cənabların hər biri hörmətlidir. Bu məqamda ölkəmə təsrifi qiymətlidir. Səyi təqdire layiq, rəyi ədalətlidir. Gözdən-nəzərdən salan kimdir ki, bu işleri ? Ümid sənədir ancaq, Azərbaycan əsgəri ! Işğal altında qalır torpagımız-daşımız, Nələr görmür gözümüz, nələr cəkmir başımız ?! Qarısıb bir-birine baharımız-qışımız, Cadır göstərmək olub hər catana pesəmiz, Sərgi olmasın deyə bu Mil-Muğan düzləri, Ümid sənədir ancaq, Azərbaycan əsgəri ! Ali qonaqlar gəlir Dünyanın hər yerindən. Ürək yanır, göz dolur şəhid qəbirlərindən. Düsünüb daşınıram, özlüyümde dərindən, Intiqam ala bilməz, məzarları bəzəyən ehtiram cicəkləri, Ümid sənədir ancaq, Azərbaycan əsgəri ! Söhbətlər cözələnir, bir şey ğörünmür hələ, Heyətlər təzələnir, bir səy görünmür hələ, Müddətlər təzələnir, bir şey görünmür hələ, Acilmir ki, acılmır düyünü bu torpağın. Qov alışa bilərmi, od sacmasa caxmağın ? Ildırımlardan belə umma bu zərrələri, Ümid sənədir ancaq, Azərbaycan əsgəri ! Sülhə qurban kəsərəm, mən de qan istəmirəm ! Təzə-ter qərənfilli xiyaban istəmirəm ! Tükənir səbrim fəqət, Sazişlər, qətnamələr, bəyanatlar kifayət ! Ziyafət dumanında nəzakətlər kifayət ! Yurdsuzlara yurd olan biyaban istəmirəm ! Yəllənsin sülh bayrağı ! Bu bayrağa kəm baxan, bədgüman istəmirəm ! Sevindirsin milləti, qoy sülhün şad xəbəri, Umid sənədir ancaq, Azərbaycan əsgəri ! Qabil
Posted on: Mon, 02 Dec 2013 06:04:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015