Uzun illərdir uşağı olmayan qadın yumurtanın sarısından - TopicsExpress



          

Uzun illərdir uşağı olmayan qadın yumurtanın sarısından faydalanaraq ana olub Merkez.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Nottingem şəhərindən olan ingilislər Linn və Endi Blekuellər evləndikdən sonra səkkiz il ərzində dünyaya uşaq gətirmək üçün uğursuz cəhdlər ediblər. Təbii yolla mayalanmanın baş vermədiyi məlum olduqdan sonra onlar EKO proseduru aparan tibb işçilərinə müraciət etsələr də, bu heç bir nəticə verməyib. Ər-arvad reproduktiv texnologiyalı müxtəlif klinikalarda müayinələrə və müalicəyə 15 min funt sterlinqdən artıq vəsait xərcləyiblər. Lakin həkimlər sonsuzluğun səbəbini izah etməkdə aciz qaldıqlarını bildiriblər. Nəhayət, onlar bu “tapmaca”nın cavabını tapan doktor Corc Ndukvenin qəbuluna düşüblər. Məlum olub ki, sonsuzluğa səbəb Linnin immun sisteminin işinin pozulmasıdır. İmmun sistemi mayalanmış hüceyrəni yad orqanizm hesab edərək onu məhv edir. İmmunitetin zəifləməsi üçün Linnə yumurta sarısının cövhəri və soya yağı əsasında hazırlanmış xüsusi zərdab vurulub. Bundan sonra o hamilə qalmağa müyəssər olub. Həkimlər ananın immun sisteminin işi üzərində bütün hamiləlik dövrü ərzində nəzarət aparıblar və nəticədə onların tamamilə sağlam oğlan uşaqları – Martin dünyaya gəlib.
Posted on: Wed, 30 Oct 2013 15:54:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015