Uşaq evində olan zaman çox şey mənə maraqlı gələr,gah - TopicsExpress



          

Uşaq evində olan zaman çox şey mənə maraqlı gələr,gah sevinər, gah da gözlərim yol çəkərdi.Təlatümlü həyatın qaranlıqda olan sükütuna dalardım.Müəllim və tərbiyəçilərdən tez-tez soruşardım ki, ata-anam haradadır?Onlar niyə yoxdur? Cavab alardım ki, valideynlərim işdədir,mütləq gələcəklər! İndi anlayıram ki, deyilənlər mənim üçün sadəcə təsəlli olmuşdur.Yadıma gəlir ki, bayram və yeni il ərəfəsində bizi görməyə çoxlu adam gələrdi.Konsertlər təşkil olunar,hədiyyələr verilərdi. Gözlərim yolda olardı.Düşünərdim ki, bir gün valideynlerim gələr,başqaları kimi mən də məhrəm duygularla qarşılacağam.Mən arzu və xəyallarla on səkkiz yaşına doldum.Valideyn həsrəti çiyinlərimdə yük oldu,həsəd hissi qəlbimi yandırıb yaxdı. Heyif ki, mən ümidə çevrilə bilməyən xəyalların mənfəsində qaldım.Ürəyim kimləri isə səslədi, səsim isə heç kimə çatmadı.Qürurumu qorumağa çalışsamda, xoşbəxtlik mənim üçün adi sözdən başqa bir şey olmadı. Həyatda tanışlarim get-gedə çoxaldı, həsrətli baxışlarım bir andaca səmimi hisslərin əhatəsində daldalandı.Lakin arzularım puç olaraq qaldı.Yenidən özümü tənha hiss etdim.Bezikdim hər şeydən.İndi sanki çoxmərtəbəli binanın damındayam.Hara gedəcəyimi düşünürəm.Gah yuxarı boylanır, gah da aşagıya baxıram.Qəribə təzad deyilmi? Hər halda arzularımın yuxarısındayam.Gələcəyə inanıram.İnanıram ki, həyat gözəlləşdikcə, gənclik də güləcək! Aqil Yaşaroğlu 12.08.2013
Posted on: Tue, 13 Aug 2013 10:52:13 +0000

Recently Viewed Topics




© 2015