VALLAH, heç bilmirəm istəyim nədir, Ürəyim tel-teldi, - TopicsExpress



          

VALLAH, heç bilmirəm istəyim nədir, Ürəyim tel-teldi, şanə-şanədi. Özümə verdiyim sərt fərman kimi, Eşqimə yazdığım son dərman kimi, Bax elə bu yaşda, bax elə bu gün, Çılğın hisslərimi toplayıb bütün, Titrəyə-titrəyə əlimdə qələm Bir sevgi məktubu yazmaq istərəm. Kimə? O mələyə - ilk nəvazişə. O ilkin görüşə, ilkin atəşə. Bağrımın başını dağ-dağ eyləyən. Yandırıb könlümü cızdağ eyləyən O məni döndərib məndən dönənə. Yəni ona, ona - Adı gizliye Bir sevgi məktubu yazmaq istərəm… … Və bir gün qapımı döysün bir nəfər Çağırsın adımı o üzü gülər. Durub həyəcanla yüyürüm çatım - Çatanda görüm ki, səhv düşüb adım. Tam başqa adamdır, tam başqa xəbər, Tufan vurub yıxan bir meşə kimi Boynum yana düşsün, qolum yanıma. İsitmə, üşütmə düşsün canıma, Birdən başımda da qopsun fırtına, Dönüm qar altında payız otuna, Üz üstə torpağa düşüb qaralım, Sonra ölə-ölə ölməyib qalım. Arxım o sel-sudan qazılı qalsın, Ürəyim bir sapdan asılı qalsın. Durub bir ümidə bükülüm gedim, Yerəmi, göyəmi çəkilim gedim. Bir qürub çağımda itim dünyadan, O məktub dalınca gedim dünyadan Bu yalqız dünyadan, yetim dünyadan.
Posted on: Wed, 05 Mar 2014 20:19:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015